Məhkəmə qərarları › İş №e-2(037)-924/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-924/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-924/2023 11.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1 Olmayan Kredit Təşkilatı” QSC-nin xeyrinə 02 avqust 2019-cu il tarixli İSMK01333 nömrəli müqavilə üzrə 234,39 manat əsas borc, 159,74 manat cərimə borcu olmaqla, cəmi 394,13 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu il tarixli İSMK01333 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödəniş 80 manat olmaqla 15 ay müddətinə hissə-hissə hər ay üçün 82 manat, sonuncu ay üçün isə 76,58 manat ödəmək şərti ilə 998,58 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə təhviltəslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında 02 avqust 2019-cu tarixli İSMK01333 saylı müqavilə üzrə qalıq borcu 234,39 manat təşkil edir. Cavabdeh müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə cərimə borcu 798,7 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq olunaraq hesablanmış cərimə məbləğinin yalnız 20%-i, yəni 159,74 manat tələb olunur. Cavabdehin 02 avqust 2019-ci tarixli İSMK01333 saylı müqavilə üzrə 234,39 manat qalıq borcu, 159,74 manat cərimə borcu olmaqla, cəmi 394,13 manat borcu yaranmışdır. Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu tarixli, İSMK01333 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh 02 avqust 2019-cu tarixli, İSMK01333 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 02 avqust 2023-cü il tarixdə göndərilmişdir. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən məhkəmə sənədi 14 avqust 2023-cü il tarixdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh ərizə təqdim edərək hesablanmış 159,74 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -02 avqust 2019-cu il tarixli İSMK01333 nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 82 manat ilkin etdikdən sonra 12 ay müddətinə hər ay 82 manat olmaqla cəmi 998,58 manat dəyərində əşya satılmışdır. 02 avqust 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 998,58 manat dəyərində bir ədəd Samsung markalı paltaryuyan maşın cavabdehə təhvil verilmişdir. - 01 sentyabr 2022-ci il tarixli 01 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC borclular ilə arasında bağlanmış nisyə alqı-satqı müqavilələrindən irəli gələn pul vəsaitini tələb etmək hüququ “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. -18 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 02 avqust 2019-cu il tarixli nisyə satış müqaviləsi üzrə 234,39 manat əsas, 159,74 manat cərimə olmaqla cəmi 394,13 manat borcu qalmışdır. -01 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu il tarixli İSMK01333 saylı Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdehə 82 manat ilkin ödəniş etdikdən sonra hər ay 82 manat, sonuncu ay isə 76,58 manat ödəmək şərtilə 998,58 manat dəyərində nisyə mal satılmışdır. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, 234,39 manat borcu ödənilməmiş qalmışdır. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan tələb hüququ iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. Müqavilə şərtlərinə əsasən əsas borca 798,7 manat faiz borcu hesablanmışdır. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq olunaraq hesablanmış cərimə məbləğinin yalnız 20%-i, yəni 159,74 manatı ondan tələb olunur. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh 234,39 manat əsas və 159,74 manat cərimə borcunun ödənilməsini tələb edir. Cavabdeh hesablanmış cərimə borcu ilə razı olmadığını bildirir və 159,74 manat cərimənin silinməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən 18 iyul 2023-cü il tarixli maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 02 avqust 2019cu il tarixli İSMK01333 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 234,39 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 159,74 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 24 manata endirilməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 234,39 manat əsas borc, 24 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 288,39 manat məbləği alınaraq “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 234,39 manat əsas borc, 24 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 288 (iki yüz səksən səkkiz) manat 39 (otuz doqquz) qəpik məbləği alınaraq “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar