Məhkəmə qərarları › İş №e-2(037)-935/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-935/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-935/2023 14.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T markalı telefon üçün 100.8 (yüz manat səksən qəp) manat ödənilməmiş hissə, 10.2 (on manat iyirmi qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 360.14 (üç yüz altmış manat on dörd qəp) manat ödənilməmiş hissə, 36.86 (otuz altı manat səksən altı qəp) manat cərimə olmaqla ümumilikdə 508 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T MARKALİ TELEFON İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon almış və nəticədə 508 (beş yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 571 (beş yüz yetmiş bir) manat (18 ay 29.5 manat + 40 manat ilkin ödəniş) İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T MARKALİ TELEFON üçün ümumilikdə, 111 (yüz on bir) manat olmaqla ondan, 100.8 (yüz manat səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 10.2 (on manat iyirmi qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660.94 (altı yüz altmış manat doxsan dörd qəp) manat (18 ay x 33.83 manat + 52 manat ilkin ödəniş) İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün ümumilikdə, 397 (üç yüz doxsan yeddi) manat olmaqla ondan, 360.14 (üç yüz altmış manat on dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 36.86 (otuz altı manat səksən altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********15966 XİAOMİ REDMİ 9T markalı telefondan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 470,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 470.2 manat, ümumilikdə, 470.2 manat təşkil edir. Digər müqavilə cəmi ödədiyi məbləğ 300.8 təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T markalı telefon üçün 100.8 (yüz manat səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 10.2 (on manat iyirmi qəp) manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 360.14 (üç yüz altmış manat on dörd qəp) manat ödənilməmiş hissə, 36.86 (otuz altı manat səksən altı qəp) manat cərimə olmaqla ümumilikdə 508 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini tələb edir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 470.2 manat təşkil edir. Digər müqavilə cəmi ödədiyi məbləğ 300.8 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə ümumilikdə 508 (beş yüz səkkiz) manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T MARKALİ TELEFON İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon almış və nəticədə 508 (beş yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 571 (beş yüz yetmiş bir) manat (18 ay 29.5 manat + 40 manat ilkin ödəniş) İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T MARKALİ TELEFON üçün ümumilikdə, 111 (yüz on bir) manat olmaqla ondan, 100.8 (yüz manat səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 10.2 (on manat iyirmi qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660.94 (altı yüz altmış manat doxsan dörd qəp) manat (18 ay x 33.83 manat + 52 manat ilkin ödəniş) İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefoünçün ümumilikdə, 397 (üç yüz doxsan yeddi) manat olmaqla ondan, 360.14 (üç yüz altmış manat on dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 36.86 (otuz altı manat səksən altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T markalı telefon üçün 100.8 (yüz manat səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 10.2 (on manat iyirmi qəp) manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 360.14 (üç yüz altmış manat on dörd qəp) manat ödənilməmiş hissə, 36.86 (otuz altı manat səksən altı qəp) manat cərimə olmaqla ümumilikdə 508 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən xx.xx.2023-cü il tarixli maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T markalı telefon üçün 100.8 (yüz manat səksən qəp) manat ödənilməmiş hissə, 10.2 (on manat iyirmi qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 360.14 (üç yüz altmış manat on dörd qəp) manat ödənilməmiş hissə, 36.86 (otuz altı manat səksən altı qəp) manat cərimə olmaqla ümumilikdə 508 manat borcun və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********15966 XİAOMİ REDMİ 9T markalı telefon üçün 100.8 (yüz manat səksən qəp) manat ödənilməmiş hissə, 10.2 (on manat iyirmi qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********36069 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 360.14 (üç yüz altmış manat on dörd qəp) manat ödənilməmiş hissə, 36.86 (otuz altı manat səksən altı qəp) manat cərimə olmaqla ümumilikdə 508 manat borcun və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar