Məhkəmə qərarları › İş №e-2(037)-938/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-938/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-938/2025 10.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 25 iyul 2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet üçün 1068 manat ödənilməmiş hissə, 106,8 manat cərimə və 30 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya üçün 1136,3 manat ödənilməmiş hissə, 113,63 manat cərimə, ümumilikdə 2424,73 manat borc və 44,25 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 25 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1619,6 manat (18 ay x 82,2 manat + 140 manat ilkin ödəniş) olan Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 30 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1306,36 manat (18 ay + 67,02 manat + 100 manat ilkin ödəniş) olan Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 25 iyul 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1619,6 manat (18 ay x 82,2 manat + 140 manat ilkin ödəniş) olan Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet üçün 1068 manat ödənilməmiş hissə, 106,8 manat cərimə, 30 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1306,36 manat (18 ay x 67,02 manat + 100 manat ilkin ödəniş) olan Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya üçün 1136,3 manat ödənilməmiş hissə, 113,63 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 721,66 manat təşkil edir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 13 may 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 25 iyul 2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet üçün 1068 manat ödənilməmiş hissə, 106,8 manat cərimə və 30 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya üçün 1136,3 manat ödənilməmiş hissə, 113,63 manat cərimə, ümumilikdə 2424,73 manat borc və 44,25 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 11 iyun 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 25 iyul 2024-cü il tarixli 13687716 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 140 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 82,2 manat olmaqla cəmi 1619,6 manat dəyərində Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet satılmışdır. - 30 sentyabr 2024-cü il tarixli 03499643 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 100 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 67,2 manat olmaqla cəmi 1306,44 manat dəyərində Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya satılmışdır. - 13 may 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 29 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 25 iyul 2024-cü il tarixli müqavilə üzrə 1619,6 manat borc məbləğindən 551,6 manat ödəniş etmiş, 1068 manat ödənilməmiş hissə, 106,8 manat cərimə, 30 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 1306,36 manat borc məbləğindən 170,06 manat ödəniş etmiş, 1136,3 manat ödənilməmiş hissə, 113,63 manat cərimə - hər iki müqavilə üzrə cəmi 2424,73 manat borcu qalmışdır. - 31 may 2025-ci il tarixli 74373612 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 44,25 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 25 iyul 2024-cü il tarixli 13687716 nömrəli müqaviləyə əsasən 140 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 82,2 manat olmaqla cəmi 1619,6 manat dəyərində Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet və 30 sentyabr 2024-cü il tarixli 03499643 nömrəli müqaviləyə əsasən 100 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 67,2 manat olmaqla cəmi 1306,44 manat dəyərində Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 721,66 manat təşkil edir. Cavabdehin 25 iyul 2024cü il tarixli müqavilə üzrə 1068 manat borcu qalmış, həmin borca 106,8 manat cərimə, 30 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 1136,3 manat borcu qalmış, həmin borca 113,63 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 25 iyul 2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet üçün 1068 manat ödənilməmiş hissə, 106,8 manat cərimə və 30 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya üçün 1136,3 manat ödənilməmiş hissə, 113,63 manat cərimə, ümumilikdə 2424,73 manat borc və 44,25 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25 iyul 2024-cü il tarixli müqavilə üzrə Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet üçün 1068 manat ödənilməmiş hissə, 106,8 manat cərimə və 30 sentyabr 2024-cü il tarixli müqavilə üzrə Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya üçün 1136,3 manat ödənilməmiş hissə, 113,63 manat cərimə və 44,25 manat dövlət rüsumu, cəmi 2468,98 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25 iyul 2024-cü il tarixli müqavilə üzrə Qızıl zəmanət ultra 2 il xidməti, canon pıxma printer, İmei kodu **********44833 olan X1 S6 lite markalı planşet üçün 1068 manat ödənilməmiş hissə, 106,8 manat cərimə və 30 sentyabr 2024-cü il tarixli müqavilə üzrə Qızıl zəmanət ultra 3 il xidməti, asus vıvobook komputer, bag H komputer çantası, mouse trust zaya üçün 1136,3 manat ödənilməmiş hissə, 113,63 manat cərimə və 44,25 manat dövlət rüsumu, cəmi 2468 (iki min dörd yüz altmış səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar