Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-940/2023 13.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən Lenovo L3 markalı komputer üçün 189,5 manat ödənilməmiş hissə, 18,5 manat cərimə və 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı saat üçün 131,3 manat ödənilməmiş hissə, 13,7 manat cərimə, ümumilikdə 353 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 26 noyabr 2020ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1428 manat (12 ay + 110 manat + 108 manat ilkin ödəniş) olan Lenovo L3 markalı komputer almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 963,8 manat (12 ay + 72,4 manat + 95 manat ilkin ödəniş) olan Apple markalı saat almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 2071 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 07 avqust 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 26 noyabr 2020-ci il tarixli 22077681 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 108 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 110 manat olmaqla cəmi 1428 manat dəyərində Lenovo L3 markalı komputer satılmışdır. - 12 mart 2021-ci il tarixli 22371763 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 95 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 72,4 manat olmaqla cəmi 963,8 manat dəyərində Apple markalı saat satılmışdır. - 22 iyun 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 26 noyabr 2020-ci il və 12 mart 2021-ci il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 21 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 26 noyabr 2020-ci il tarixli müqavilə üzrə 1428 manat borc məbləğindən 1238,5 manat ödəniş etmiş, 189,5 manat ödənilməmiş hissə, 18,5 manat cərimə, 12 mart 2021-ci il tarixli müqavilə üzrə 963,8 manat borc məbləğindən 832,5 manat ödəniş etmiş, 131,3 manat ödənilməmiş hissə, 13,7 manat cərimə - hər iki müqavilə üzrə cəmi 353 manat borcu qalmışdır. - 24 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 108 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 110 manat olmaqla cəmi 1428 manat dəyərində Lenovo L3 markalı komputer, 12 mart 2021-ci il tarixli 22371763 nömrəli müqaviləyə əsasən 95 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 72,4 manat olmaqla cəmi 963,8 manat dəyərində Apple markalı saat satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 2071 manat ödəniş etmişdir. Cavabdehin 26 noyabr 2020-ci il tarixli 22077681 nömrəli müqavilə üzrə 189,5 manat borcu qalmış, həmin borca 18,5 manat cərimə, 12 mart 2021-ci il tarixli 22371763 nömrəli müqavilə üzrə 131,3 manat borcu qalmış, həmin borca 13,7 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 353 borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 26 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən Lenovo L3 markalı komputer üçün 189,5 manat ödənilməmiş hissə, 18,5 manat cərimə, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı saat üçün 131,3 manat ödənilməmiş hissə, 13,7 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 383 (üç yüz səksən üç) manat məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 26 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən Lenovo L3 markalı komputer üçün 189,5 manat ödənilməmiş hissə, 18,5 manat cərimə, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı saat üçün 131,3 manat ödənilməmiş hissə, 13,7 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 383 (üç yüz səksən üç) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-940/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-940/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver