Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-959/2024 13.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 iyul 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********91521 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 478.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.88 manat cərimə, ümumilikdə 526 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28 iyul 2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh İmei kod **********91521 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 526 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 672.12 manat (yəni 18 ay x 37.34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********91521 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə 526 manat olmaqla ondan, 478.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.88 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 194 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış 28 iyul 2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərilən 19 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı cavabdehdən 28 iyul 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********91521 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 478.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.88 manat cərimə, ümumilikdə 526 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 11 iyul 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Quşencə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın onlara məlum olmadığını və məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 28 iyul 2023-cü il tarixli 13755139 nömrəli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə XİOMİ REDMİ NOTE 128GB/128GB W/O NFC-ONYX GRAY satılmış və cavabdeh dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. - 19 iyun 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 28 iyun 2023-cü il tarixli müqavilə üzrə aldığı əşyanın tam dəyərininin məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 29 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 28 iyul 2023-cü il tarixli müqavilə üzrə 672.12 manat borc məbləğindən 194 manat ödəniş etmiş, 478.12 manat ödənilməmiş hissə, 47.88 manat cərimə - müqavilə üzrə cəmi 526 manat borcu qalmışdır. - 03 iyul 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı ilə arasında bağlanmış 28 iyul 2023-cü il tarixli 13755139 nömrəli müqaviləyə əsasən 672.12 manat dəyərində İmei kod **********91521 XİAOMİ REDMİ NOTE 12 markalı telefon satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 194 manat ödəniş etmişdir. Cavabdehin 28 iyul 2023-cü il tarixli müqavilə üzrə 526 manat borcu qalmış, həmin borca 30 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 526 manat borcu yaranmışdır. İddiaçı cəmi 526 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 iyul 2023cü il tarixli müqaviləyə əsasən İmei kod **********91521 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 478.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.88 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 556 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28 iyul 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********91521 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 478.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.88 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 556 (beş yüz əlli altı) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-959/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-959/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver