Məhkəmə qərarları › İş №e-2(037)-975/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-975/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-975/2024 22.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 515,8 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2017-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Daewoo B S090” minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil 24 sentyabr 2018-ci il tarixdə Abşeron rayonu ərazisində Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Abşeron rayonu DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə TP ******* nömrəli qərar qəbul olunmuşdur. Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 515,8 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 iyul 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Çıxarışın surətindən görünür ki, PAZ********** nömrəli 10 oktyabr 2017-ci il tarixli şəhadətnaməyə əsasən “Daewoo B S090” minik markalı ** TG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 10 oktyabr 2017-ci il tarixdən 10 oktyabr 2018-ci il tarixədək "xxxx" ASCdə sığorta olunmuşdur. - 24 sentyabr 2018-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. - "xxxx" MMC tərəfindən təqdim edilmiş 15 oktyabr 2018-ci il tarixli 903 nömrəli hesabatdan görünür ki, MMC tərəfindən 04 oktyabr 2018-ci il tarixdə təmirə qəbul edilmiş Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 310 manat təmir xərci və 55,8 manat ədv olmaqla 365,8 manat vəsait xərclənmişdir. - Dəymiş zərərin hesabatından görünür ki, Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 110 manat rəngsaz və 40 manat armatura, cəmi 150 manat xərc çəkilmişdir. - 18 oktyabr 2018-ci il tarixli 3942/CML-3660/2018 nömrəli sığorta aktının surətindən görünür ki, “Daewoo B S090” minik markalı ** TG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 10 oktyabr 2017-ci il tarixdən 10 oktyabr 2018-ci il tarixədək 5000 manat məbləğində sığorta olunmuşdur. 24 sentyabr 2018-ci il tarixdə baş vermis yol nəqliyyat hadisəsinə görə Cəfərov Rəşadət Baxşeyiş oğluna məxsus Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 365,8 manat zərər dəymişdir. - 12 aprel 2019-cu il tarixli 1028/CML-3660/2018 nömrəli sığorta aktının surətindən görünür ki, “Daewoo B S090” minik markalı ** TG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 10 oktyabr 2017-ci il tarixdən 10 oktyabr 2018-ci il tarixədək 5000 manat məbləğində sığorta olunmuşdur. 24 sentyabr 2018-ci il tarixdə baş vermis yol nəqliyyat hadisəsinə görə Cəfərov Rəşadət Baxşeyiş oğluna məxsus Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 150 manat zərər dəymişdir. - 19 oktyabr 2018-ci il tarixli və 12 aprel 2019-cu il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cəmi 515,8 manat Cəfərov Rəşadət Baxşeyiş oğluna sığorta ödənişi olunmuşdur. - 15 may 2024-cü il tarixli ********** nömrəli rüsum qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 24 sentyabr 2018-ci il tarixdə Abşeron rayonu ərazisində İddiaçı ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş Cavabdeh tərəfindən idarə edilən “Daewoo B S090” minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq həmin nəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə bağlı inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsi ilə TP ******* nömrəli qərar qəbul olunmuşdur. Hyundai Tucson markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 515,8 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884, 897, 907, 922, 925, 926, 934 maddələrinin və “İcbari sığortalar haqqında” AR Qanununun 25-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan istismar etdiyi üçün sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdeh sığortaçının ödədiyi pul məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 515,8 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 515,8 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 545 (beş yüz qırx beş) manat 80 (səksən) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov 2(016)-895/2022 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Ağsu Rayon Məhkəməsi xx.xx.2022-ci il Ağsu şəhəri X1 Natiq oglu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hakim mülki iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:00-da başladı. Hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq müşavirə otağına gedir və qayıtdıqdan sonar qətnaməni elan edir. Prosessual hərəkət saat 10:05-də qurtardı. Protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Hakim Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar