Məhkəmə qərarları › İş №e-2(037)-983/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-983/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-983/2024 22.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh RSK5761664 nömrəli, 14 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2140 manat əsas, 641 manat dəbbə pulu və 48 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2829 manat pulun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 dekabr 2019cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə dəyərini hissə-hissə ödəmək şərti ilə alqı-satqı qiyməti 2700 manat olan 1 ədəd “Beko” markalı paltaryuyan, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Beko” markalı televizor satmışdır. Alıcı 2700 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 20 ay müddətinə, aylıq 135 manat olmaqla, hər ayın 13-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 iyul 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -14 dekabr 2019-cü il tarixli RSK5761664 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 20 ay müddətinə hər ay 135 manat olmaqla cəmi 2700 manat dəyərində 1 ədəd “Beko” markalı paltaryuyan, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Beko” markalı televizor satılmışdır. -03 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 14 dekabr 2019-cu il tarixli müqavilə üzrə aldığı əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -09 iyul 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 14 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2140 manat əsas, 641 manat dəbbə pulu və 48 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2829 manat borcu qalmışdır. -10 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 48 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 14 dekabr 2019-cu il tarixli RSK5761664 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 2700 manat olan 1 ədəd “Beko” markalı paltaryuyan, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Beko” markalı televizor hissə-hissə ödəniş olmaqla satılmışdır. Cavadeh müqavilə üzrə 2700 manat pulu 20 ay müddətinə, aylıq 135 manat olmaqla, hər ayın 13-dək ödəməyi üzərinə götürmüşdür. 03 iyul 2024-cü il tarixdə borcun könüllü qaydada 5 təqvim günü müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehin RSK5761664 nömrəli, 14 dekabr 2019-cu il tarixli müqavilə üzrə üzrə 2140 manat əsas, 641 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı RSK5761664 nömrəli, 14 dekabr 2019-cu il tarixli müqavilə üzrə üzrə 2140 manat əsas, və 641 manat dəbbə pulu və 48 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2829 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 2710 manat əsas borca dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 14 dekabr 2019-cu il tarixli RSK5761664 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2140 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 641 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 214 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 2354 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 43,54 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh RSK5761664 nömrəli, 14 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2140 manat əsas, 214 manat dəbbə pulu və 43,54 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi – 2397,54 manat borc məbləği alınaraq İddiaçı ödənilməlidir. --- rüsumun --------- Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh RSK5761664 nömrəli, 14 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2140 manat əsas, 214 manat dəbbə pulu və 43,54 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi – 2397 (iki min üç yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik borc məbləği alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar