Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-996/2022 17.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 17 avqust 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 06 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********15462 olan X3 7 markalı telefon, İntaleo Case üçün 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, 14 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********38403 olan Samsung Galaxy A10 markalı telefon üçün 337,4 manat ödənilməmiş hissə, 33,6 manat cərimə - ümumilikdə iki müqavilə üzrə cəmi 450 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 18 iyul 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 23 iyul 2022-ci il tarixdə almış, iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə hər ay 52 manat olmaqla cəmi 624 manat dəyərində İMEİ kodu **********15462 olan X3 7 markalı telefon, İntaleo Case, 14 iyul 2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 36,6 manat olmaqla cəmi 439,2 manat dəyərində İMEİ kodu **********38403 olan Samsung Galaxy A10 markalı telefon almışdır. Cavabdeh iki müqavilə üzrə cəmi 653,8 manat ödəniş etmişdir. Müqavilələrə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişdə gecikmə aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müşəri mübahisəsiz olaraq peniya ödəyir. Cavabdehin 06 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, 14 iyul 2020-ci il tarixli müqavilə üzrə 337,4 manat ödənilməmiş hissə, 33,6 manat cərimə borcu yaranmışdır. İddiaçı cavabdehdən iki müqavilə üzrə cəmi 450 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 06 oktyabr 2019-cu il tarixli 00961441 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 52 manat olmaqla cəmi 624 manat dəyərində İMEİ kodu **********15462 olan X3 7 markalı telefon, İntaleo Case satılmışdır. 14 iyul 2020-ci il tarixli 21021194 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 36,6 manat olmaqla cəmi 439,2 manat dəyərində İMEİ Kodu **********38403 olan Samsung Galaxy A10 markalı telefon satılmışdır. 18 may 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 06 oktyabr 2019-cu və 14 iyul 2020-ci il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 14 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 06 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 624 manat borc məbləğindən 552 manat ödəniş etmiş, 72 manat ödənilməmiş hissə, 7 manat cərimə - cəmi 79 manat, 14 iyul 2020-ci il tarixli müqavilə üzrə 439,2 manat borc məbləğindən 101,8 manat ödəniş etmiş, 337,4 manat ödənilməmiş hissə, 33,6 manat cərimə - cəmi 371 manat borcu qalmışdır. 15 iyul 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, cavabdehə tərəflər arasında bağlanmış 06 oktyabr 2019-cu il tarixli 00961441 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 52 manat olmaqla cəmi 624 manat dəyərində İMEİ kodu **********15462 olan X3 7 markalı telefon, İntaleo Case, 14 iyul 2020-ci il tarixli 21021194 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 36,6 manat olmaqla cəmi 439,2 manat dəyərində İMEİ kodu **********38403 olan Samsung Galaxy A10 markalı telefon satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 653,8 manat ödəniş etmişdir. Cavabdehin 06 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 72 manat borcu qalmış, həmin borca 7 manat cərimə hesablanmış, 14 iyul 2020-ci il tarixli müqavilə üzrə 337,4 manat borcu qalmış, həmin borca 33,6 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğlərinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləğləri ödənilməmişdir. İddiaçı cavabdehdən iki müqavilə üzrə cəmi 450 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilələrin şərtlərinə uyğun ödəmədiyindən və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 06 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********15462 olan X3 7 markalı telefon, İntaleo Case üçün 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, 14 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********38403 olan Samsung Galaxy A10 markalı telefon üçün 337,4 manat ödənilməmiş hissə, 33,6 manat cərimə - ümumilikdə iki müqavilə üzrə cəmi 450 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 480 (dörd yüz səksən) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-996/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-996/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver