Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-194/2024 28.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 772 manat borcun, 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********16505 HUAWEİ NOVA Y70 markalı telefon, İMEİ kodu **********82484 SAMSUNG GALAXY A24 markalı telefon, İMEİ kodu **********45269 XİOMİ REDMİ 9A markalı markalı telefon almış nəticədə 772 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630.96 manat (12 ay x 52.58 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********16505 HUAWEİ NOVA Y70 markalı telefon üçün ümumilikdə 463 manat olmaqla ondan, 420.53 manat ödənilməmiş hissə, güzəşt olunaraq 42.47 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 287.52 (6 ay x 47.92 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********82484 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 250 manat olmaqla ondan 227.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.08 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 310 manat (12 ay x 22.5 manat + 40 manat ilkin ödəniş) **********45269 XİOMİ REDMİ 9A markalı markalı telefon üçün ümumilikdə 59 manat olmaqla ondan, 53.98 manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.02 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini qismən yerinə yetirdikdən sonra öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, hazırda 772 manat məbləğində borcu qalmışdır. Cavabdehə kredit üzrə yaranmış 772 manat məbləğində borcun ödənilməsi barədə rəsmi olaraq bildiriş göndərilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. Cavabdeh X4 Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 13404087 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən X4 HUAWEİ NOVA Y70 telefon verilmişdir. İşdə olan 30.xx.xx.2023-ci il tarixli, 13404624 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən X4 SAMSUNG GALAXY A24 markalı telefon verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15522480 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən X4 XİOMİ REDMİ 9A markalı markalı telefon verilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ABC Telecom MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan bildirişdən görünür ki, X4 xx.xx.2023-cü il tarixli, 13404087 nömrəli, 30.xx.xx.2023-ci il tarixli, 13404624 nömrəli və xx.xx.2023-cü il tarixli, 15522480 nömrəli müqavilələr üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan məktubun surətindən görünür ki, ABC Telecom MMC cavabdeh X4 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630.96 manat (12 ay x 52.58 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********16505 HUAWEİ NOVA Y70 markalı telefon üçün ümumilikdə 463 manat olmaqla ondan, 420.53 manat ödənilməmiş hissə, güzəşt olunaraq 42.47 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 287.52 (6 ay x 47.92 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********82484 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 250 manat olmaqla ondan 227.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.08 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 310 manat (12 ay x 22.5 manat + 40 manat ilkin ödəniş) İMEİ kodu **********45269 XİOMİ REDMİ 9A markalı markalı telefon üçün ümumilikdə 59 manat olmaqla ondan, 53.98 manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.02 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 xx.xx.2023-cü tarixli müqavilə üzrə 420.53 manat ödənilməmiş hissə, 42.47 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 227.92 manat ödənilməmiş hissə, 22.08 manat cərimə və 18.xx.xx.2023-ci il tarixli müqavilə üzrə 53.98 manat ödənilməmiş hissə, 5.02 manat cərimə, cəmi 772 manat, 30 manat ödənilmiş dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: x1
Məhkəmə qərarları › İş №e-2(038)-194/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-194/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver