Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-239/2025 15.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********75117 SAMSUNG GALAXY A34 markalı telefon üçün 566.1 (beş yüz altmış altı manat, 10 qəpik) manat ödənilməmiş hissə, 283.05 (iki yüz səksən üç manat, 5 qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kod **********58391 HONOR X9B markalı telefon üçün 561.7 (beş yüz altmış bir manat, 70 qəpik) manat ödənilməmiş hissə, 280.85 (iki yüz səksən manat, 85 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********60169 SAMSUNG GALAXY A24 markalı telefon, MYCHOİCE CASE, HD GLASS ekran qoruyucu üçün 491.3 (dörd yüz doxsan bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 245.65 (iki yüz qırx beş manat, 65 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG üçün 225.7 (iki yüz iyirmi beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, 112.85 (yüz on iki manat, 85 qəpik) manat cərimə olmaqla, ümumilikdə 2767.20 manat borc və 47.68 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 12 mart 2025-ci il tarixdə iddia ərizəsi Cavabdeh göndərilməsinə və sonuncu tərəfindən 01 aprel 2025-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********75117 SAMSUNG GALAXYA34 markalı telefon, İmei kod **********58391 HONOR X9B markalı telefon, İmei kod **********60169 SAMSUNG GALAXY A24 markalı telefon, MYCHOİCE CASE, HD GLASS ekran qoruyucu, TOZSORAN SAMSUNGalmış və nəticədə 2767.20 (iki min yeddi yüz altmış yeddi manat, 20 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1038.06 (bir min otuz səkkiz manat, 6 qəpik) manat (18 ay x 57.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********75117 SAMSUNG GALAXY A34 markalı telefon üçün 849.15 (səkkiz yüz qırx doqquz manat, 15 qəpik) manat olmaqla ondan, 566.1 (beş yüz altmış altı manat, 10 qəpik) manat ödənilməmiş hissə, 283.05 (iki yüz səksən üç manat, 5 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (12 ay x 80 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********58391 HONOR X9B markalı telefonüçün 842.55 (səkkiz yüz qırx iki manat, 55 qəpik) manat olmaqla ondan, 561.7 (beş yüz altmış bir manat, 70 qəpik) manat ödənilməmiş hissə, 280.85 (iki yüz səksən manat, 85 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 680.87 (altı yüz səksən manat, 87 qəpik) manat (18 ay x 37.79 manat + 0.65 manat ilkin ödəniş) olan İmei kod **********60169 SAMSUNG GALAXY A24 markalı telefon, MYCHOİCE CASE, HD GLASS ekran qoruyucu üçün 736.95 (yeddi yüz otuz altı manat, 95 qəpik) manat olmaqla ondan 491.3 (dörd yüz doxsan bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 245.65 (iki yüz qırx beş manat, 65 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 419.94 (dörd yüz on doqquz manat, 94 qəpik) manat (18 ay x 23.33 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNGüçün 338.55 (üç yüz otuz səkkiz manat, 55 qəpik) manat olmaqla ondan 225.7 (iki yüz iyirmi beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, 112.85 (yüz on iki manat, 85 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1254.07 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün 47,68 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə yuxarıda qeyd olunan malları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerirə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddianın əsas məbləğ hissəsi ilə razılaşır və hesab edir iddia həmin hissədə tam təmin edilməlidir. Məhkəmə iddianın cərimə məbləği ilə əlaqədar hissəsi ilə əlaqədar hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqavilə üzrə hesablanmış 283.05 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 280.85 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 245.65 manat xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 112.85 manat cərimə məbləği tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə xx.xx.2024ci il tarixli müqavilə üzrə gecikdirilmiş 566.1 manat əsas məbləğə görə 56 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə gecikdirilmiş 561.7 manat əsas məbləğə görə 56 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə gecikdirilmiş 491.3 manat əsas məbləğə görə 49 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə gecikdirilmiş 225.7 manat əsas məbləğə görə 22 manat məbləğində cərimənin cavabdehdən tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47.68 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 566.1 manat ödənilməmiş hissə və 56 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 561.7 manat ödənilməmiş hissə və 56 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 491.3 manat ödənilməmiş hissə və 49 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 225.7 manat ödənilməmiş hissə və 22 manat cərimə olmaqla, ümumilikdə 2027.8 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 47.68 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-239/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-239/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver