Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-242/2025 11.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ Hakim X2, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 249.50 manat əsas, 24.95 manat faiz olmaqla, cəmi 274.45 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 10 mart 2025-ci il tarixdə "xxxx" MMC-nin nümayəndəsi «AZEMİS» elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün,işi baxılmamış saxlayaraq , iddia ərzəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizələrə baxılması qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlardan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizələrin ərizəçinin vəsatəti ilə geri qaytarılmasını tənzimləyən prosesual hüquq normaları müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş «qanunun analogiyası»ndan istifadə edilməlidir. Belə ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən : 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5. Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Məhkəmə hesab edir ki, ərizəçinin xahişi ilə ərizənin qaytarılması ilə bağlı oxşar hüquq münasibətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi də tənzimlədiyindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin ərizəçinin müraciəti ilə geri qaytarılması məsələsinə də qanununun analogiyasına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci madddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə görə ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********, 30 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********, 30 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardadın ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(038)-242/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-242/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver