Məhkəmə qərarları › İş №e-2(038)-26/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-26/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-26/2025 21.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmış və aşağıdakılar müəyyən edilmişdir: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.215(iki min iki yüz on beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 42,00 (qırx iki) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il, saat 11:20-də Bakı-Quba yolunun 16-cı kilometrliyində idarə etdiyi və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış «VAZ 21214» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin «BMW 328» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5778247 saylı qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, «BMW 328» markalı, **-XK-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 2.215(iki min iki yüz on beş) manat təşkil edir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA143709 saylı sığorta aktları tərtib edilməklə zərərçəkən(lər)ə dəymiş zərərə görə ümumilikdə 2.215(iki min iki yüz on beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yol Patrul Xidmətini İnspektoru Polis Baş X1 tərəfində Cavabdeh TP 527247 №-li, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görnüür ki, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etdiyinə götə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilirənək, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icrbari sığorta müqaviləsindən görünür ki, «VAZ 21214» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə, yəni xx.xx.2023-ci ilədək icbari qaydada sığorta olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA143709 №-li sığorta aktından görünür ki, xx.xx.2023-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış «VAZ 21214» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil «BMW 328» markalı və **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı Cavabdeh 2.215 manat ödəniş həyata keçirilməlidir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur Aktından görünür ki, «BMW 328» markalı, **-XK-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 2.215(iki min iki yüz on beş) manat təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, sığorta ödənişinin alınması üçün plastik kart "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. X4 izahatından görünür ki, xx.xx.2023-cü il tarixində saat təxminən 11:20 radələrində etibarnamə ilə idarə etdiyi **-XK-*** dövlət qeydiyyat nişanlı «BMW» markalı avtomobil ilə Bakı Quba yolunu 16-cı km-də köməkçi yoldan baş yola daxil olarkən **-SK-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobil geriyə hərəkət edərkən idarə etdiyi avtomobili vurdu. Sürücü sükan idarə etdiyi avtomaşında yolsuz idi. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə yerinə YPX əməkdaşları gəlmişdir. Cavabdeh izahatından görünür ki, xx.xx.2023-cü il tarixində saat təxminən 11:20 radələrində idarə etdiyi **-SK-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobili ilə Bakı Quba yolunu 16-cı km-də geriyə hərəkət edərkən yol ayrımından baş yola çıxan **-XK-*** dövlət qeydiyyat nişanlı «BMW» markalı avtomobili vurmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəymişdir. Hadisə zamanı avtonəqliyyat vaistəsini etibarnamə olmadan idarə etmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir: «İcbari Sığorta haqqında» Qanunun 25.1.3-cü bəndində görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Qeyd olunan hüquq normaları ilə iddiaçı tərəfindən təqdim edilmiş sübutları qarşılıqlı şəkildə tədqiq etməklə müəyyən olunur ki, xx.xx.2023-cü il, saat 11:20-də Bakı-Quba yolunun 16-cı kilometrliyində Cavabdeh eitbarnamə olmadan idarə etdiyi və "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış «VAZ 21214» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 idarə etdiyi «BMW 328» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya 2.215(iki min iki yüz on beş) manat məbləğində maddi zərər dəymişdir. Yol Patrul Xidmətini İnspektoru Polis Baş X1 tərəfində Cavabdeh TP 527247 №-li, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etdiyinə götə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilirənək, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bununla bağlı «BMW 328» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 "xxxx" ASC tərəfindən 2.215(iki min iki yüz on beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından "xxxx" ASC X3 ödənilmiş sığorta ödənişinin əvəzinin Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, sonuncu məhkəmə iclasına gəlməməklə yanaşı iddiaya qarşı heç bir yazılı və ya şifahi qaydada etiraz bildirməmişdir. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş zərərə görə sığorta ödənişi kimi ödənilmiş 2.215 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 42 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş zərərə görə sığorta ödənişi kimi ödənilmiş 2.215(iki min iki yüz on beş) manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 42(qırx iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar