Məhkəmə qərarları › İş №e-2(038)-302/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-302/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-302/2024 15.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K5776057 nömrəli, 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 538 manat əsas, 160 manat dəbbə pulu və S3K5776058 nömrəli, 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1035 manat əsas, 310 manat dəbbə pulu və ödənilmiş 41 manat dövlət rüsumu olmaqla, cəmi 2084 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 dekabr 2019-cu il il tarixdə Cavabdeh ilə aralarında S3K5776057 nömrəli və S3K5776058 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5776057 nömrəli müqavilə üzrə 824 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmağı, həmçinin S3K5776058 nömrəli müqavilə üzrə 1182 manat dəyəri 1 ədəd “Веко’' markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı S3K5776057 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 824 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətinə, aylıq 138 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5776058 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla,qalan 1182 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 8 ay müddətinə aylıq 66 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K5776057 nömrəli müqavilə üzrə 538 manat əsas, 160 manat dəbbə pulu olmaqla, 698 manat və S3K5776058 nömrəli müqavilə üzrə 1035 manat əsas, 31.0 manat dəbbə pulu olmaqla, 1345 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K5776057 nömrəli, 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş və S3K5776058 nömrəli, 01 dekabr 2019-cu il müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 15 manat ödəniş edilmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 19 aprel 2024-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu Yardımlı rayonu, Gügavar kəndinə, həmçinin iddia ərizəsində faktiki yaşayış ünvanı kimi göstərilmiş ünvan 2ə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «tələb edilməyib» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Yardımlı RİHB-nın Honuba kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, xx.xx.2019-cu il tarixli S3K5776057 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə 824 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon verilmişdir. xx.xx.2019-cu il tarixli S3K5776057 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 6 ay müddətində hər ay 138.00 manat, son ayda 134.00 manat olmaqla xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etməklə götürülmüş borcu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli S3K5776058 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 1182 manat dəyəri 1 ədəd “Веко’' markalı televizor verilmişdir. xx.xx.2019-cu il tarixli S3K5776058 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 18 ay müddətində hər ay 66.00 manat, son ayda 60.00 manat olmaqla xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2021ci il tarixdə etməklə götürülmüş borcu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh S3K5776057 nömrəli, 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 538 manat əsas, 160 manat dəbbə pulu və S3K5776058 nömrəli, 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1035 manat əsas, 310 manat dəbbə pulu borcu vardır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 41 manat dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, 01 dekabr 2019-cu il il tarixdə Cavabdeh ilə aralarında S3K5776057 nömrəli və S3K5776058 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5776057 nömrəli müqavilə üzrə 824 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmağı, həmçinin S3K5776058 nömrəli müqavilə üzrə 1182 manat dəyəri 1 ədəd “Веко’' markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı S3K5776057 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 824 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətinə, aylıq 138 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5776058 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla,qalan 1182 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 8 ay müddətinə aylıq 66 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K5776057 nömrəli müqavilə üzrə 538 manat əsas, 160 manat dəbbə pulu olmaqla, 698 manat və S3K5776058 nömrəli müqavilə üzrə 1035 manat əsas, 31.0 manat dəbbə pulu olmaqla, 1345 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış S3K5776057 nömrəli müqavilə üzrə gecikdirilmiş 538 manat əsas məbləğə 50 manat, S3K5776058 nömrəli müqavilə üzrə gecikdirilmiş 1035 manat əsas məbləğə 100 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını ədalətli hesab edir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 41 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. S3K5776057 nömrəli, 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 538 manat əsas, 50 manat dəbbə pulu və S3K5776058 nömrəli, 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1035 manat əsas, 100 manat dəbbə pulu, cəmi 1723 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 41 manat Cavabdeh tutularaq iddaçı İddiaçı ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət vermədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: x1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar