Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-350/2025 22.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün, işi baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. «Dövlət rüsumu haqqında»Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, həmçinin iddianın məhkəməyə verilməli üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardadın ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması hissəsində icrası Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(038)-350/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-350/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver