Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-396/2025 11.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbi barədə mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********03181 SAMSUNG GALAXY A24, PAKET XL xidməti üçün 236.54 (iki yüz otuz altı manat, 54 qəpik) manat ödənilməmiş hissə və 23.65 (iyirmi üç manat, 65 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********59589 XİAOMİ REDMİ 12 üçün 178.9 (yüz yetmiş səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 17.89 (on yeddi manat, 89 qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER üçün 24.32 (ikyirmi dörd manat, 32 qəpik) manat ödənilməmiş hissə və 2.43 (iki manat, 43 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, HİSENSE kondisioner üçün 816.8 (səkkiz yüz on altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, 81.68 (səksən bir manat 68 qəpik) manat cərimə, ümumilikdə 1382.22 manat borc, 33.83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 22 may 2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh göndərilməsinə və sonuncu tərəfindən 27 may 2025-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı0ş1.12.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********03181 SAMSUNG GALAXY A24, SAMSUNG CHARGER, PAKET XL xidməti, İmei kod **********59589 XİAOMİ REDMİ 12, SAMSUNG CHARGER, HİSENSE kondisioanlmerış və nəticədə 1382.22 (bi rmin üç yüz səksən iki manat, 22 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 758.32 (yeddi yüz əlli səkkiz manat, 32 qəpik) manat (18 ay x 41.94 manat + 3.4 manat ilkin ödəniş) olan İmei kod **********03181 SAMSUNG GALAXY A24, SAMSUNG CHARGER, PAKET XL xidmüəçtiün ümumilikdə, 260.19 (iki yüz almtış manat 19 qəpik) manat olmaqla ondan, 236.54 (iki yü zotuz altı manat, 54 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23.65 (iyirmi üç manat, 65 qəpik ) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 457.92 (dörd yüz əlli yeddi manat, 92 qəpik) manat (18 ay x 25.44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********59589 XİAOMİ REDMİ 12üçün ümumilikdə, 196.79 (yüz doxsan altı manat 79 qəpik) manat olmaqla ondan, 178.9 (yüz yetmiş. Səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17.89 (on yeddi manat, 89 qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 53.04 (əlli üç manat, 4 qəpik) manat (12 ay x 4.42 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG CHARGERüçün ümumilikdə, 26.75 (iyirmi alıt manat, 75 qəpik ) manat olmaqla ondan, 24.32 (ikyirmi dörd manat, 32 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 2.43 (iki manat, 43 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1000.8 (bir min manat, 80 qəpik) manat (18 ay x 55.6 manat + 0 manat ilkin ödəniş) olan HİSENSE kondisionerüçün ümumilikdə, 898.48 (səkkiz yüz doxsan səkkiz manat 48 qəpik) manat olmaqla ondan, 816.8 (səkkiz yüz on altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 81.68 (səksən bir manat 68 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində SAMSUNG CHARGER -dən imtina etmiş və məhsul 46,08 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 475.7 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 46.08 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 491.74 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün 33.83 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə yuxarıda qeyd olunan malları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerirə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33.83 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. 194.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.12.2023-cü il tarixli müqaviləyə əsasən 236.54 manat ödənilməmiş hissə və 23.65 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 178.9 manat ödənilməmiş hissə və 17.89 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 24.32 manat ödənilməmiş hissə və 2.43 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 816.8 manat ödənilməmiş hissə və 81.68 manat cərimə olmaqla, ümumilikdə 1382.22 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 33.83 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-396/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-396/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver