Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-405/2024 21.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Azad oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdehnnan xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 510,95 manat əsas borc və 473,24 manat cərimə borcu olmaqla ümumilikdə 984,19 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-ə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 680,39 manat dəyərində olan 1 ədəd XİAOMİ REDMİ NOTE 11S 6/128 GREY model məhsul almışdır. Cavabdeh borclu olduğu 680,39 manat məbləğdən 60,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2022-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 620,39 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay 52,00 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 169,44 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-ə xx.xx.2022-ci il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 510,95 manat əsas borcu və 473,24 manat cərimə borcu olmaqla ümumilikdə 984,19 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsək də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 29 may 2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh göndərilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödənişləri vaxtı-vaxtnda və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh İddiaçı MMC-dən 680,39 manat dəyərində olan 1 ədəd XİAOMİ REDMİ NOTE 11S 6/128 GREY model məhsul almışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-ə xx.xx.2022-ci il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 510,95 manat əsas borcu və 473,24 manat cərimə borcu olmaqla ümumilikdə 984,19 manat borcu vardır. İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış ********* saylı müqavilə üzrə gecikdirilmiş 510,95 manat əsas məbləğə 50 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını ədalətli hesab edir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan 510,95 manat əsas borc və 50 manat cərimə borcu olmaqla ümumilikdə 560,95 manat borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 510,95 manat əsas borc və 50 manat cərimə borcu olmaqla ümumilikdə 560,95 manat borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(038)-405/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-405/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver