Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-445/2023 21.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 421 manat borcun, 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********76682 olan “HOFFMAN X ULTRA” markalı telefon, İmei kod **********43792 olan “XİAOMİ REDMİ 9A” markalı telefon almış və nəticədə 421 (dörd yüz iyirmi bir) manat borc yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 284 (iki yüz səksən dörd) manat (12 ay x 22.5 manat + 14 manat ilkin ödəniş) İmei kodu **********76682 olan “HOFFMAN X ULTRA” markalı telefon, üçün ümumilikdə 96 (doxsan altı) manat olmaqla ondan, 87.17 (səksən yeddi manat on yeddi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 8.83 (səkkiz manat səksən üç qəpik) manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 358.8 ( üç yüz əlli səkkiz manat səksən qəpik) manat (12 ay x 29.9 manat+0 manat ilkin ödəniş) imei kod **********43792 olan “XİAOMİ REDMİ 9A” markalı telefon üçün ümumilikdə, 325 (üç yüz iyirmi beş) manat olmaqla ondan, 295.05 (iki yüz doxsan beş manat beş qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 29.95 (iyirmi doqquz manat doxsan qəp) manat miqdarında cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 260.58 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edilir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 20210483 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh İmei kodu **********76682 olan “HOFFMAN X ULTRA” markalı telefon markalı telefon verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 21114734 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh İmei kod **********43792 olan “XİAOMİ REDMİ 9A” markalı telefon markalı telefon verilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ABC Telecom MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan bildirişlərdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20210483 nömrəli və xx.xx.2020-ci il tarixli, 21114734 nömrəli müqavilələr üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan məktubun surətindən görünür ki, ABC Telecom MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********76682 olan “HOFFMAN X ULTRA” markalı telefon, İmei kod **********43792 olan “XİAOMİ REDMİ 9A” markalı telefon almış və nəticədə 421 (dörd yüz iyirmi bir) manat borc yaranmışdır Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 284 (iki yüz səksən dörd) manat (12 ay x 22.5 manat + 14 manat ilkin ödəniş) İmei kodu **********76682 olan “HOFFMAN X ULTRA” markalı telefon, üçün ümumilikdə 96 (doxsan altı) manat olmaqla ondan, 87.17 (səksən yeddi manat on yeddi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 8.83 (səkkiz manat səksən üç qəpik) manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 358.8 ( üç yüz əlli səkkiz manat səksən qəpik) manat (12 ay x 29.9 manat+0 manat ilkin ödəniş) imei kod **********43792 olan “XİAOMİ REDMİ 9A” markalı telefon üçün ümumilikdə, 325 (üç yüz iyirmi beş) manat olmaqla ondan, 295.05 (iki yüz doxsan beş manat beş qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 29.95 (iyirmi doqquz manat doxsan qəp) manat miqdarında cərimə borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 87.17 manat ödənilməmiş hissə, 8.83 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 295.05 manat ödənilməmiş hissə, 29.95 manat cərimə, cəmi 421 (dörd yüz iyirmi bir) manat pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(038)-445/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-445/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver