Məhkəmə qərarları › İş №e-2(038)-450/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-450/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-450/2023 29.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı “OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATİ" MMC məhkəməyə ərizə göndədərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçı “OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar