Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-473/2025 01.08.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İMEİ KODU **********36648 SAMSUNG GALAXY A25 markalı telefon üçün 824.58 (səkkiz yüz iyirmi dörd manat, 58 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 82.46 (səksən iki manat, 46 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ KODU 58271/64T400445 XİAOMİ POCO PAD markalı planşet üçün 815.04 (səkkiz yüz on beş manat, 04 qəpik) manat ödənilməmiş hissə, 81.50 (səksən bir manat,50 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti, İMEİ KODU **********08413 OPPO A3 markalı telefon üçün 624.78 (altı yüz iyirmi dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 62.48 (altmış iki manat, 48 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********92010 OPPO A40M markalı telefon üçün 455.04 (dörd yüz əlli beş manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45.50 (qırx beş manat, 50 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEBUDS 6i Qulaqlıüqçün 183.06 (yüz səksən üç manat, 06 qəpik) manat ödənilməmiş hissə, 18.31 (on səkkiz manat,31 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3263.55 manat borc, 52.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 09 iyul 2025-ci il tarixdə iddia ərizəsi Cavabdeh göndərilməsinə və sonuncu tərəfindən 21 iyul 2025-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İMEİ KODU **********36648 SAMSUNG GALAXY A25 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ KODU 58271/64T400445 XİAOMİ POCO PAD markalı planşet, PAKET XL xidməti, İMEİ KODU **********08413 OPPO A3 markalı telefo,nQİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İMEİ KODU **********92010 OPPO A40M markalı telefon, HUAWEİ FREEBUDS 6i Qulaqlaıqlmış və nəticədə 3263.55(üç min iki yüz altmış üç manat, 55 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 824.58 (səkkiz yüz iyirmi dörd manat, 58 qəpik) manat (18 ay x 45.81 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İMEİ KODU **********36648 SAMSUNG GALAXY A25 markalı telefonüçün ümumilikdə, 930.64 (doqquz yüz otuz manat, 64 qəpik) manat olmaqla ondan, 824.58 (səkkiz yüz iyirmi dörd manat, 58 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 82.46 (səksən iki manat, 46 qəpik) manat cərimə. xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 815.04 (səkkiz yüz on beş manat, 04 qəpik) manat (18 ay x 45.28 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ KODU 58271/64T400445 XİAOMİ POCO PAD markalı planşet üçün ümumilikdə, 896.54 (səkkiz yüz doxsan altı manat, 54 qəpik) manat olmaqla ondan 815.04 (səkkiz yüz on beş manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.50 (səksən bir manat,50 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 624.78 (altı yüz iyirmi dörd manat, 78 qəpik) manat (18 ay x 34.71 manat + 0 manat ilkin ödəniş) olan PAKET XL xidməti, İMEİ KODU **********08413 OPPO A3 markalı telefoünçün ümumilikdə, 710.86 (yeddi yüz on manat,86 qəpik) manat olmaqla ondan, 624.78 (altı yüz iyirmi dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 62.48 (altmış iki manat, 48 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 455.04 (dörd yüz əlli beş manat, 04 qəpik) manat (18 ay x 25.28 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********92010 OPPO A40M markalı telefon, üçün ümumilikdə, 524.14 (beş vyüz iyirmi dörd manat, 14 qəpik) manat olmaqla ondan, 455.04 (dörd yüz əlli beş manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 45.50 (qırx beş manat, 50 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 183.06 (yüz səksən üç manat, 06 qəpik) manat (18 ay x 10.17 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS 6i Qulaqlıüqçün ümumilikdə, 201.37 (iki yüz bir manat, 37 qəpik) manat olmaqla ondan, 183.06 (yüz səksən üç manat, 06 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.31 (on səkkiz manat,31 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün 52.64 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə yuxarıda qeyd olunan malları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerirə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 52.64 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı tələbində İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manatın da cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etsə də, həmin rüsumun nədən ibarət olması və bunun nə ilə sübuta yetirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia həmin hissədə rədd edilməlidir. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 824.58 manat ödənilməmiş hissə və 82.46 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 815.04 manat ödənilməmiş hissə və 81.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 624.78 manat ödənilməmiş hissə və 62.48 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 455.04 manat ödənilməmiş hissə və 45.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən və 183.06 manat ödənilməmiş hissə və 18.31 manat cərimə olmaqla, ümumilikdə 3192.75 manat və məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 52.64 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə, yəni «İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi» hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-473/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-473/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver