Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-511/2023 26.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1159,84 manat əsas, 117,16 manat cərimə, cəmi 1277 manat borcun və 32,77 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, QAYNAQ APARATİ POWERFULL, TOZSORAN SAMSUNG, PİONEER TS dinamik, KENWOOD radiosu üçün 1277 (bir min iki yüz yetmiş yeddi) manat borc yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410.76 (dörd yüz on manat yetmiş altı qəpik) manat (yəni 18 ay x 22.82 manat + 0 manat ilkin ödəniş) QAYNAQ APARATİ POWERFULL üçün ümumilikdə, 452 (dörd yüz əlli iki) manat olmaqla ondan, 410.76 (dörd yüz on manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.24 (qırx bir manat iyirmi dörd qəpik) manat cərimə borcu; xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 374.04 (üç yüz yetmiş dörd manat dörd qəpik) manat (yəni 18 ay x 20.78 manat + 0 manat ilkin ödəniş) TOZSORAN SAMSUNG üçün ümumilikdə, 390 (üç yüz doxsan) manat olmaqla ondan, 354.04 (üç yüz əlli dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 395.04 (üç yüz doxsan beş manat dörd qəpik) manat (yəni 12 ay x 32.92 manat + 0 manat ilkin ödəniş) PİONEER TS dinamik, KENWOOD radiosu üçün ümumilikdə, 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 395.04 (üç yüz doxsan beş manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.96 (otuz doqquz manat doxsan altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 20 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 09642114 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh PİONEER TS dinamik, KENWOOD radio verilmişdir. İşdə olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 09642114 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMCnin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 03793239 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh SAMSUNG markalı tozsoran verilmişdir. İşdə olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03793239 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMCnin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 09551529 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh POWERFULL qaynaq aparatı verilmişdir. İşdə olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 09551529 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMCnin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 410,76 manat məbləğində əsas, 41,24 manat məbləğində cərimə borcu olmaqla, cəmi 452 manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 354,04 manat məbləğində əsas, 35,96 manat məbləğində cərimə borcu, xx.xx.2022ci il tarixli müqavilə üzrə 395,04 manat məbləğində əsas, 39,96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1277 manat borcu qalmışdır. İşdə olan məktubun surətindən görünür ki, ABC Telecom MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ABC Telecom MMC məhkəmədə iddia qaldırmaq üçün 32,77 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, QAYNAQ APARATİ POWERFULL, TOZSORAN SAMSUNG PİONEER TS dinamik, KENWOOD radiosu üçün 1277 (bir min iki yüz yetmiş yeddi) manat borc yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410.76 (dörd yüz on manat yetmiş altı qəpik) manat (yəni 18 ay x 22.82 manat + 0 manat ilkin ödəniş) QAYNAQ APARATİ POWERFULL üçün ümumilikdə, 452 (dörd yüz əlli iki) manat olmaqla ondan, 410.76 (dörd yüz on manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.24 (qırx bir manat iyirmi dörd qəpik) manat cərimə borcu; xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 374.04 (üç yüz yetmiş dörd manat dörd qəpik) manat (yəni 18 ay x 20.78 manat + 0 manat ilkin ödəniş) TOZSORAN SAMSUNG üçün ümumilikdə, 390 (üç yüz doxsan) manat olmaqla ondan, 354.04 (üç yüz əlli dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 395.04 (üç yüz doxsan beş manat dörd qəpik) manat (yəni 12 ay x 32.92 manat + 0 manat ilkin ödəniş) PİONEER TS dinamik, KENWOOD radiosu üçün ümumilikdə, 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 395.04 (üç yüz doxsan beş manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.96 (otuz doqquz manat doxsan altı qəpik) manat cərimə borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə cavabdehin əmlak vəziyyətləri nəzərə alınmalı və cərimə pulu azadılmalıdır. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixli, 09551529 saylı müqavilə üzrə cərimə pulunun 30 manat, xx.xx.2022-ci il tarixli, 03793239 saylı müqavilə üzrə cərimə pulunun 20 manat, xx.xx.2022-ci il tarixli, 09642114 saylı müqavilə üzrə cərimə pulunun 20 manat həddində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 410,76 manat əsas, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 354,04 manat əsas, 20 manat cərimə, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 395,04 manat əsas, 20 manat cərimə, ümumilikdə 1229,84 (bir min iki yüz iyirmi doqquz manat, səksən dörd qəpik) manat məbləğində pul və 32,77 (otuz iki manat, yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(038)-511/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-511/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver