Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-518/2024 26.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Azad oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh avtomobilə dəymiş ziyana görə 4590 (dörd min beş yüz doxsan) manat pulun və ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Cavabdeh 1 (bir) ədəd tünd boz metallik rəngli, qeydiyyat şəhadətnaməsi BB № 439072, 2005-ci il buraxılışlı, ban nömrəsi JTDKC28E200014168 olan, “TOYOTA COROLLA” minik markalı, 77-AE712 dövlət qeydiyyat nişanlı avtomobili 20 iyul 2023-cü il tarixdə 00030 saylı daxili lizinq müqaviləsi ilə lizinqə vermişdir. Lizinq müqaviləsinin 1.4-cü bəndində qeyd edilir ki, lizinq müqaviləsinin məbləği ilkin 1800 manat lizinq ödənişi etməklə 33 ay müddətinə, hər 7 gün üçün 175 manat təşkil edir. Cavabdeh lizinqə götürdüyü avtomobil üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi lizinq müqaviləsinin şərtlərinə əməl etmiş və ödənişləri vaxtı-vaxtında həyata keçirmişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixdə lizinq müqaviləsinin şərtlərini pozmuş, ödənişləri etməmişdir. İddiaçı MMC-dən lizinqə götürdüyü “TOYOTA COROLLA” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törədib, avtomaşını yolun kənarındakı ağaca çırparaq, avtomobilin qabaq ön hissəsini əzib, avtomobili yararsız hala salaraq, hadisə yerindən çıxıb getmişdir. İddiaçı MMC Cavabdeh avtomobilə dəymiş ziyanın aradan qaldırılmasını dəfələrlə bildirsə də, cavabdeh dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh “TOYOTA COROLLA” minik markalı, 77-AE712 dövlət qeydiyyat nişanlı avtomobili yarasız hala salaraq, İddiaçı MMC-yə 4590 manat məbləğində ziyan vurmuşdur. Lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, 1.3-cü bənddə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 10.1-ci bəndində göstərilir ki, Təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski Lizinq alana keçir. Lizinq müqaviləsinin 10.2-ci bəndində əsasən lizinq obyekti zədələndikdə Lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Lizinq müqaviləsinin 10.3-cü bəndində əsasən lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, Lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir: – bu Müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə Lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi Lizinq verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu Müqavilə öz qüvvəsini itirir, Lizinq obyekti isə Lizinq alanın mülkiyyətinə keçir; – bu Müqaviləyə əsasən istifadəsinə verilmiş Lizinq obyektinə analoji əmlak əldə etmək. Bu halda bu Müqavilə dəyişməz qalır, Lizinq alan isə bu Müqavilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq ödənişlərini ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 01 avqust 2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qeydiyyatda olduğu Yardımlı rayonu Zevin kəndinə göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Yardımlı RİHB-nın Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 00030 saylı, xx.xx.2023-cü il tarixli lizing müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh 1 (bir) ədəd tünd boz metallik rəngli, qeydiyyat şəhadətnaməsi BB № 439072, 2005-ci il buraxılışlı, ban nömrəsi JTDKC28E200014168 olan, “TOYOTA COROLLA” minik markalı, 77-AE712 dövlət qeydiyyat nişanlı avtomobili 20 iyul 2023-cü il tarixdə 00030 saylı daxili lizinq müqaviləsi ilə lizinqə vermişdir. xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, İddiaçı MMC-yə məxsus olan “TOYOTA COROLLA” minik markalı, 77-AE712 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 4590 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “TOYOTA COROLLA” minik markalı, 77-AE712 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, İddiaçı MMC -nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 67,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC Cavabdeh 1 (bir) ədəd tünd boz metallik rəngli, qeydiyyat şəhadətnaməsi BB № 439072, 2005-ci il buraxılışlı, ban nömrəsi JTDKC28E200014168 olan, “TOYOTA COROLLA” minik markalı, 77-AE712 dövlət qeydiyyat nişanlı avtomobili 20 iyul 2023-cü il tarixdə 00030 saylı daxili lizinq müqaviləsi ilə lizinqə vermiç, müqaviləyə əsasən lizinq müqaviləsinin məbləği ilkin 1800 manat lizinq ödənişi etməklə 33 ay müddətinə, hər 7 gün üçün 175 manat təşkil etmişdir. Daha sonra Cavabdeh “TOYOTA COROLLA” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, avtomobili yolun kənarındakı ağaca çırparaq qabaq ön hissəsini əzmiş, onu yararsız hala salaraq hadisə yerindən çıxıb getmişdir. Nəticədə qüsur aktına əsasən avtomobilə 4590 manat məbləğində ziyan dəymişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 10.1 və 10.2-ci bəndləri ilə müəyyən edilir ki, lizinq obyektinin zədələnməsi riski lizinq alan Cavabdeh keçmişdir və o dəymiş zərərin pz hesabına ödənilməsinə dair müqavilə öhdəliyi götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 67 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 4590 (dörd min beş yüz doxsan) manat pul və ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(038)-518/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-518/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver