Məhkəmə qərarları › İş №e-2(038)-622/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-622/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-622/2023 21.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 973 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********91836 REALME C11 markalı telefon, AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıq, AMAZFİT BİP 3 BLACK markalı qulaqlıq, AMAZFİT BİP 3 BLACK markalı qulaqlıq, İmei kodu **********16546 XİAOMİ POCO M5 markalı telefon, BQ-8077L EXİON PLUS 3/32GB - BLACK markalı qulaqlıq HOCO TWS BOROFONE markalı qulaqlıq, AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıq almış və nəticədə 973 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 461,56 manat (18ay x 23,92 manat + 31manat ilkin ödəniş) olan İmei kodu **********91836 REALME C11 markalı telefon, AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıqüçün ümumilikdə 323 manat olmaqla ondan, 293,56 manat ödənilməmiş hissə, 29,44 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410,34 manat (18 ay x 21,13 manat + 30 manat ilkin ödəniş) olan AMAZFİT BİP 3 BLACK markalı qulaqlıq, AMAZFİT BİP 3 BLACK markalı qulaqülıçqün 298 manat olmaqla ondan 270,34 manat ödənilməmiş hissə, 27,66 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 273,6 (18 ay x 14,1 manat + 19,8 manat ilkin ödəniş) olan İmei kodu **********62686 XİAOMİ RED-Mİ NOTE 11S markalı telefonüçün 210 manat olmaqla ondan 190,8 manat ödənilməmiş hissə, 19,2 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 118 (yüz on səkkiz) (18 ay x 6 manat + 10 manat ilkin ödəniş) olan BQ-8077L EXİON PLUS 3/32GB - BLACK markalı qulaqlıq üçün 72 manat olmaqla ondan 66 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 66 manat (12ay x 5 manat + 6 manat ilkin ödəniş) olan, HOCO TWS BOROFONE markalı qulaqlıqüçün 49 manat olmaqla ondan 45 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 44,2 manat (6 ay x 6,7 manat + 4 manat ilkin ödəniş) olan AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıq üçün 21 manat olmaqla ondan 19,2 manat ödənilməmiş hissə, 1,8 (bir manat, səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 488,8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-c il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022ci il tarixli, müqavilələrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İmei kodu **********91836 REALME C11 markalı telefon, AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıq, AMAZFİT BİP 3 BLACK markalı qulaqlıq, AMAZFİT BİP 3 BLACK markalı qulaqlıq, İmei kodu **********16546 XİAOMİ POCO M5 markalı telefon, BQ-8077L EXİON PLUS 3/32GB - BLACK markalı qulaqlıq HOCO TWS BOROFONE markalı qulaqlıq, AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıq verilmişdir. İşdə olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 884,9 manat məbləğində əsas, 88,1 manat məbləğində cərimə borcu olmaqla, cəmi 973 manat borcu qalmışdır. İşdə olan məktubun surətindən görünür ki, ABC Telecom MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ABC Telecom MMC məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********91836 REALME C11 markalı telefon, AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıq, AMAZFİT BİP 3 BLACK markalı qulaqlıq, AMAZFİT BİP 3 BLACK markalı qulaqlıq, İmei kodu **********16546 XİAOMİ POCO M5 markalı telefon, BQ-8077L EXİON PLUS 3/32GB - BLACK markalı qulaqlıq HOCO TWS BOROFONE markalı qulaqlıq, AWEİ T36 TWS BT 5.1 BLACK markalı qulaqlıq almış və nəticədə 973 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 488,8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələri üzrə ödənilməmiş 884,9 manat əsas, 88,1 manat cərimə, ümumilikdə 973 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: x1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar