Məhkəmə qərarları › İş №e-2(038)-698/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-698/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-698/2025 27.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********73861 XİAOMİ REDMİ NOTE 13 üçün 225.28 manat ödənilməmiş hissə, 22.53 manat cərimə pulu, ümumilikdə, 247.81 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 27 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daha sonra iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməmişdən əvvəl İddiaçı MMC elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, idda ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat iddiaçıya geri qaytarılsın. Qərardadın ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissəsində icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 10(on) gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar