Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-75/2024 18.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, MOB14-1018 saylı alğı-satqı müqavilə üzrə 294 manat əsas borc, 56 manat dəbbə pulu və 12 iyul 2022-ci il tarixli MOB14-1288 saylı alğı-satqı müqavilə üzrə 736 manat əsas borc, 64 manat dəbbə pulu 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1180 manat borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022 -cu il tarixində MOB14-1018 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh 679 manat dəyərində mobil telefon “X7 10 S 128 Gray ” almışdır. Müqavilə 136 manat ilkin ödənişli , 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 543 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 46 manat ödəniş etməli idi. Cavabdeh cəmi 249 manat ödəniş etmişir. Qalıq borc 294 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 29.11 .2023-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 56 manat təşkil edir. Bundan başqa təkrarən, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022 -ci il tarixində MOB14-1288 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh 858 manat dəyərində mobil telefon “Samsung SM-A135 64 Gb Blue” , mobil telefon “Samsung SM-A135 64 Gb Black ” almışdır. Müqavilə 107 manat ilkin ödənişli , 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 751 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 63 manat ödəniş etməli idi. Qalıq borc 736 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2023-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 64 manat təşkil edir. MOB14-1018 saylı alqı-satqı müqavilə üzrə 294 manat əsas borc, 56 manat dəbbə pulu (cərimə borcu) və MOB14-1288 saylı alqı-satqı müqavilə üzrə 736 manat əsas borc, 64 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30.00 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 1.180 manat ödənilməlidir. Lakin cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Tərəflər arasında yaranmış mübahisənin mləhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş, nəticədə cavabdehin banka xx.xx.2022-ci il tarixli, MOB14-1018 saylı alğı-satqı müqavilə üzrə 294 manat əsas borc, 56 manat dəbbə pulu və 12 iyul 2022-ci il tarixli MOB14-1288 saylı alğı-satqı müqavilə üzrə 736 manat əsas borc, 64 manat dəbbə pulu , cəmi 1150 manat manat borcu yaranmışdır. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, MOB14-1018 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən TEXNOPLUS mağazasından 679 manat dəyərində Mobil X7 10S 128 GRAY vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, MOB14-1288 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən TEXNOPLUS mağazasından 858 manat dəyərində Mobil Telefon SAMSUNG SM-A 135 64 Gb BLUE, MOBİL TELEFON SAMSUNG SM-A135 64 Gb Blask vermişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 11 dekabr 2023-cü il tarixinə kimi 12 iyul 2022-ci il tarixli, MOB14-1018 saylı alqı-satqı müqaviləsi üzrə banka 294 manat əsas borc, 56 manat cərimə borcu qalmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 11 dekabr 2023-cü il tarixinə kimi 12 iyul 2022-ci il tarixli, MOB14-1288 saylı alqı-satqı müqaviləsi üzrə banka 736 manat əsas borc, 64 manat cərimə borcu qalmışdır. İşdə olan pretenziyanın surətindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC cavabdeh X2 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC məhkəmədə iddia qaldırmaq üçün və 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022 -cu il tarixində MOB14-1018 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh 679 manat dəyərində mobil telefon “X7 10 S 128 Gray ” almışdır. Müqavilə 136 manat ilkin ödənişli , 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 543 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 46 manat ödəniş etməli idi. Cavabdeh cəmi 249 manat ödəniş etmişir. Qalıq borc 294 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 29.11 .2023-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 56 manat təşkil edir. Bundan başqa təkrarən, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022 ci il tarixində MOB14-1288 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh 858 manat dəyərində mobil telefon “Samsung SM-A135 64 Gb Blue” , mobil telefon “Samsung SM-A135 64 Gb Black ” almışdır. Müqavilə 107 manat ilkin ödənişli , 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 751 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 63 manat ödəniş etməli idi. Qalıq borc 736 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2023-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 64 manat təşkil edir. MOB14-1018 saylı alqı-satqı müqavilə üzrə 294 manat əsas borc, 56 manat dəbbə pulu (cərimə borcu) və MOB14-1288 saylı alqı-satqı müqavilə üzrə 736 manat əsas borc, 64 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 1180 manat manat məbləğində borcunun yarandığını bildirir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia əsas borc hissədə əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022 -cu il tarixində MOB14-1018 saylı alğı-satqı müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 20 manat və 12 iyul 2022-ci il tarixli MOB14-1288 saylı alğı-satqı müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 30 manat məbləğində saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, MOB14-1018 saylı alğı-satqı müqavilə üzrə 294 manat əsas borc, 20 manat dəbbə pulu və 12 iyul 2022-ci il tarixli MOB14-1288 saylı alğısatqı müqavilə üzrə 736 manat əsas borc, 30 manat dəbbə pulu 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1110 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(038)-75/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-75/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver