Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-750/2024 02.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********300 XİAOMİ REDMİ 9 markalı telefon üçün 279,8 (iki yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 27,2 ( iyirmi yeddi manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən TCL LED TV üçün 216,57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 21,43 (iyirmi bir manat qırx üç qəpik)manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********21119 SAMSUNG GALAXY A10S MARKALİ üçün 117,9 (yüz on yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 11,1 (on bir manat on qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********05416 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün 100,2 (yüz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10,8 (on manat səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə 785 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ KODU **********300 XİAOMİ REDMİ 9 markalı,TCL LED TV, İMEİ KODU **********21119 SAMSUNG GALAXY A10S markalı, İMEİ KODU **********05416 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 237 (iki yüz otuz yeddi) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 388.8 (üç yüz səksən səkkiz manat səksən qəpik) manat (18 ay x 21.6 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********30300 XİAOMİ REDMİ 9 markalı üçün ümumilikdə 307 (üç yüz yeddi) manat olmaqla ondan, 279,8 (iki yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27,2 (iyirmi yeddi manat) manat cərimə. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 591 (beş yüz doxsan bir) manat(15 ay x 39.4 manat +0 manat ilkin ödəniş) olan 238 (iki yüz otuz səkkiz) manat olmaqla TCL LED TV üçün 216,57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 21,43 (iyirmi bir manat qırx üç qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il, tarixli müqavilələrinə əsasən, alqı-satqı qiyməti 361.6 (üç yüz altımış bir manat altımış qəpik) manat (12ay x 29.8 manat + 4 manat ilkin ödəniş), İMEİ KODU **********21119 SAMSUNG GALAXY A10S MARKALİü,çün ümumilikdə, 129 (yüz iyirmi doqquz) manat olmaqla ondan, 117,9 (yüz on yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11,1 (on bir manat on qəpik) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 665 (altı yüz altımış beş manat altımış qəpik) manat (18ay x 34.2 manat + 50 manat ilkin ödəniş) İMEİ KODU **********05416 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün 111 (yüz on bir) manat olmaqla ondan, 100,2 (yüz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,8 (on manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1292.53 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün 30 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı satqı müqavilələri bağlanmış, iddiaçı müqavilə üzrə yuxarıda qeyd olunan malları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yetirən yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerirə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 279,8 (iki yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 27,2 (iyirmi yeddi manat) manat cərimə, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 216,57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 21,43 (iyirmi bir manat qırx üç qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 117,9 (yüz on yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 11,1 (on bir manat on qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 100,2 (yüz manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 10,8 (on manat səksən qəpik) manat cərimə olmaqla ümumilikdə 785 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-750/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-750/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver