Məhkəmə qərarları › İş №e-2(038)-755/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-755/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-755/2024 03.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı («ERA Electronics») xeyrinə 1049.49 manat əsas və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 1149.49 manat məbləğində borcun və 32 məbləğində, ümumilikdə 1181.49 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) «ERA Electronics» mağazasında imzalanmış, xx.xx.2023-cü il tarixli, 45058 saylı müqaviləyə əsasən borclu «ERA Electronics»-dən kreditlə 1259.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 70 manat məbləğ ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə «ERA Electronics» arasında bağlanmış olduğu xx.xx.2023-cü il tarixli,45058 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun «ERA Electronics»-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, «ERA Electronics»-ə olan borcunu 6 aydan cox müddətdir ki ödəməmişdir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) ayda cox gecikdirdikdə,satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə alıçıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 140.50 məbləğ ödəniş etsədə, o, vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun «ERA Electronics»-ə olan borcu 1049.49 manat əsas və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 1149.49 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh göndərilməsinə və onlar tərəfindən 20 noyabr 2024-cü il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncular iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü-cu il tarixli 45058 saylı hissə-hissə ödənilmə şərti ilə malların parakəndə alqı-satqısı haqqında müqaviləsindən görünür ki, İddiaçı arasında alqı-satqı müqaviləsinə bağlanmışdır. xx.xx.2023-cü-cu il tarixli 45058 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndində göstərilir ki, Bu müqavilənin şərtlərinə əsasən satıcı, bu müqavilənin müvafiq əlavəsində göstərilmiş (məişət əşyalarını, texniki avadanlıqları və sair) malları, (bundan sonra-Mallar) əvvəlcədən razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda və hissə-hissə ödənilmək şərti ilə alıcıya satmağı alıcı isə həmin malları təhvil aldıqdan sonra malların dəyərini bu müqavilənin müvafiq əlavəsində qeyd olunmuş ödəniş qrafikinə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5-ci bəndində göstərilir ki, Zamin Alıcı tərəfindən Satıcıya ödənilməli məbləğin gecikdirilməsi barədə alıcını xəbərdar etməyə və alıcıya qarşı iddia irəli sürüldükdə alıcını məhkəmə pros esində iştiraka cəlb etməyə borcludur. Alıcı Zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, hissə-hissə ödənilməsi nəzərdə tutulmuş ödənişlərini gecikdirdikdə Zamin satıcı qarşısında bu öhdəlikləri satıcının ilk tələbində dərhal icra edəcəyini öz öhdəsinə götürür. Həmin müqavilənin 5.2-ci bəndində göstərilir ki, Bu müqavilə ilə Alıcının öhdəlikləri barədə Zamin olmuş şəxs Alıcının öhdəliklərinə görə Alıcı ilə bərabər məsuliyyət daşıyır. xx.xx.2023-cü-cu il tarixli 45058 saylı alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 18 ay müddətində hər ay 70, son ayda 69.99 manat olmaqla xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə etməklə götürülmüş borcu X2 qaytarmağı öhdəsinə götürmüşdür xx.xx.2024-cü il tarixli maliyə arayışından görünür ki, X4 xx.xx.2023-cü-cü il tarixli 45058 sayl kredit müqaviləsi üzrə 1049.49 manat əsas, 100 manat cərimə olmaqla, ümumilikdə 1149.49 manat borcu vardır. Asan ödəniş sisteminin mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 32 manat dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə X4 ilə aralarında 45058 nömrəli hissə-hissə ödənilmə şərti ilə malların pərakəndə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.3-ci maddəsinə əsasən alıcı mal aldıqdan sonra ödənişləri müqaviləyə əsasən hissə-hissə ödənilməsi nəzərdə tutulmuş aylıq ödəniş cədvəlində qeyd olunan tarixdən gec olmayaraq ödəməlidir. 1259.99 manat dəyəri olan məişət avadanlığı Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini iddiaçı öz üzərinə götürmüş, 1259.99 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 70 olmaqla, hər ayın 12-dək ödəmək öhdəliyini isə cavabdehlər öz üzərinə götürmüşdür. Müqavilənin 3.4-cü maddəsinə əsasən Alıcı tərəfindən aylıq ödənişlər gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 417-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü-cü il tarixli 45058 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc 1049.49 manat, 100 manat cərimə borcu ümumilikdə 1149.49 manat və 32 ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddaçı İddiaçı ödənilsin. Qətnamədən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar