Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-789/2025 21.01.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi verərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********95164 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, PAKET XL xidməti üçün, 2086.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 208.66 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********57352 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, MYCHOİCE CLEAR CASE üçün, 2026.91 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 202.69 manat dəbbə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, İMEİ Kod **********87153 OPPO FİND N3 üçün, 1828.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum,182.90 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV, YUPİTER asqı üçün, 203.66 manat ödənilməmiş hissə, 20.37 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti üçün 80.58 manat ödənilməmiş hissə, 8.06 manat dəbbə olmaqla, ümumilikdə 6920.17 manat borc və 89.21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2025cü il tarixli müqavilələrə əsasən, İMEİ Kod **********95164 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, PAKET XL xidməti, İmei Kod **********57352 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, MYCHOİCE CLEAR CASE, İMEİ Kod**********87153 OPPO FİND N3, HİSENSE TV, YUPİTER asqı, PAKET XL xidməti almış və nəticədə 6920.17 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2209.32 manat (18 ay x 122.74 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********95164 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, PAKET XL xidməti üçün ümumilikdə, 2318.83 manat olmaqla ondan, 2086.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, müştəriyə güzəşt olunaraq 208.66 manat dəbbə. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2146.14 manat (18 ay x 119.23 manat + 0 manat ilkin ödəniş) olan İmei Kod **********57352 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, MYCHOİCE CLEAR CASEüçün ümumilikdə, 2253.20 manat olmaqla ondan, 2026.91 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum ,müştəriyə güzəşt olunaraq 202.69 manat dəbbə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2197.98 manat (18 ay x 122.11 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********87153 OPPO FİND N3üçün ümumilikdə, 2035.48 manat olmaqla ondan, 1828.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, müştəriyə güzəşt olunaraq 182.90 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 336.06 manat (18 ay x 18.67 manat + 0 manat ilkin ödəniş) olan HİSENSE TV, YUPİTER asqüıçün ümumilikdə, 224.03 manat olmaqla ondan, 203.66 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.37 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 85.32 manat (18 ay x 4.74 manat + 0 manat ilkin ödəniş) olan PAKET XL xidməti üçün ümumilikdə, 88.64 manat olmaqla ondan, 80.58 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.06 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 748.12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2025-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında İMEİ Kod **********95164 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, PAKET XL xidməti alınmasına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, tərəflər ümumilikdə 2209.30 manatı 18 ay müddətinə, hər ay 122.74 manat ödəmək şərti ilə aralarında razışlaşmışlar. xx.xx.2025-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında İmei Kod **********57352 SAMSUNG GALAXY S25, SAMSUNG CHARGER, MYCHOİCE CLEAR CASE alınmasına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, tərəflər ümumilikdə 2146.14 manatı 18 ay müddətinə, hər ay 119.23 manat ödəmək şərti ilə aralarında razışlaşmışlar. xx.xx.2025-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında İMEİ Kod **********87153 OPPO FİND N3 alınmasına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, tərəflər ümumilikdə 2197.98 manatı 18 ay müddətinə, hər ay 122.11 manat ödəmək şərti ilə aralarında razışlaşmışlar. xx.xx.2024-cü il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında HİSENSE TV, YUPİTER asqı alınmasına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, tərəflər ümumilikdə 336.06 manatı 18 ay müddətinə, hər ay 18.67 manat ödəmək şərti ilə aralarında razışlaşmışlar. xx.xx.2025-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında PAKET XL xidməti alınmasına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, tərəflər ümumilikdə 85.30 manatı 18 ay müddətinə, hər ay 4.74 manat ödəmək şərti ilə aralarında razışlaşmışlar Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2086.57 manat əsas borc, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 208.66 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2026.91 manat əsas borc, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 202.69 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1828.98 manat əsas borc, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 182.90 manat cərimə borcu; xx.xx.2024cü il tarixli müqavilə üzrə 203.66 manat əsas borc və 20.37 manat cərimə borcu və xx.xx.2025-cü il tarixli müqavilə üzrə 80.58 manat əsas borc və 8.06 manat cərimə borcu olmaqla, ümumilikdə 6920.17 manat borcu yaranmışdır. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün 89.21 manat ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı satqı müqavilələri bağlanmış, iddiaçı müqavilələr üzrə yuxarıda qeyd olunan malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yetirən yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçıya ümumilikdə 6920.17 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın əsas və cərimə məbləğ hissəsi ilə razılaşır və hesab edir ki iddia həmin hissədə tam təmin edilməli, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı tələbində üç müqavilə üçün ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat olmaqla, ümumilikdə 70.80 manat pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etsə də, həmin rüsumun nədən ibarət olması və bunun nə ilə sübuta yetirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia həmin hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2086.57 manat ödənilməmiş hissə, 208.66 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə üzrə 2026.91 manat ödənilməmiş hissə, 202.69 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1828.98 manat ödənilməmiş hissə, 182.90 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 203.66 manat ödənilməmiş hissə, 20.37 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 80.58 manat ödənilməmiş hissə, 8.06 manat cərimə olmaqla, ümumilikdə 6920.17 manat borc və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 89.21 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2086.57 manat ödənilməmiş hissə və 208.66 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə üzrə 2026.91 manat ödənilməmiş hissə və 202.69 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1828.98 manat ödənilməmiş hissə və 182.90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 203.66 manat ödənilməmiş hissə və 20.37 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 80.58 manat ödənilməmiş hissə və 8.06 manat cərimə olmaqla, ümumilikdə 6849.38 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 89.21 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə, yəni xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat olmaqla, ümumilikdə 70.80 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-789/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-789/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver