Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-82/2024 25.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müddətli (nisyə) alğı-satqı müqavilələri üzrə 1405 manat əsas borc, 210.5 manat cərimə borcu, cəmi 1615.5 manat borcun və 36.15 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdehə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 18 ay müddətinə ayda 42 manat ödəniş etmək şərti ilə 749.9 manat dəyərində "Zimmer" markalı televizor, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 12 ay müddətinə ayda 48 manat ödəniş etmək şərti ilə 574.9 manat dəyərində "Xiaomi" markalı mobil telefon və qulaqcıq, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 18 ay müddətinə ayda 83 manat ödəniş etmək şərti ilə 1479 manat dəyərində "Samsung" markalı soyuducu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 18 ay müddətinə ayda 23 manat ödəniş etmək şərti ilə 399 manat dəyərində "Fakir" markalı ətçəkən maşın və “Borofone” markalı qulaqcıq satılmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 161,3 manat əsas borc, 24,1 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 190,9 manat əsas borc, 28,6 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 813,9 manat əsas borc, 122 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 238,9 manat əsas borc, 35,8 manat cərimə borcu, ümumilikdə dörd müqavilə üzrə 1405 manat əsas borc, 210,5 cərimə borcu, cəmi 1615,5 manat borcu yaranmışdır. Odur ki, həmin borcun cavabdehdən tutulması tələb olunur. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh "Zimmer" markalı televizor verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindənCavabdeh "Xiaomi" markalı mobil telefon və qulaqcıq verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh "Samsung" markalı soyuducu verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh "Fakir" markalı ətçəkən maşın və “Borofone” markalı qulaqcıq verilmişdir. İşdə olan xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC Cavabdeh borc ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 36.15 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdehə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 18 ay müddətinə ayda 42 manat ödəniş etmək şərti ilə 749.9 manat dəyərində "Zimmer" markalı televizor, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 12 ay müddətinə ayda 48 manat ödəniş etmək şərti ilə 574.9 manat dəyərində "Xiaomi" markalı mobil telefon və qulaqcıq, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 18 ay müddətinə ayda 83 manat ödəniş etmək şərti ilə 1479 manat dəyərində "Samsung" markalı soyuducu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləsinə əsasən 18 ay müddətinə ayda 23 manat ödəniş etmək şərti ilə 399 manat dəyərində "Fakir" markalı ətçəkən maşın və “Borofone” markalı qulaqcıq satılmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 161,3 manat əsas borc, 24,1 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 190,9 manat əsas borc, 28,6 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 813,9 manat əsas borc, 122 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 238,9 manat əsas borc, 35,8 manat cərimə borcu, ümumilikdə dörd müqavilə üzrə 1405 manat əsas borc, 210,5 cərimə borcu, cəmi 1615,5 manat borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə cavabdehin əmlak vəziyyətləri nəzərə alınmalı və cərimə pulu azadılmalıdır. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə cərimə pulunun 15 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə cərimə pulunun 20 manat xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə cərimə pulunun 80 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə cərimə pulunun 20 manat həddində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-6.1. maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 161,3 manat əsas borc, 15 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 190,9 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 813,9 manat əsas borc, 80 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 238,9 manat əsas borc, 20 manat cərimə borcu, ümumilikdə dörd müqavilə üzrə 1405 manat əsas borc, 135 cərimə borcu, cəmi 1540 manat borc və 36.15 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4
Məhkəmə qərarları › İş №e-2(038)-82/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-82/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver