Məhkəmə qərarları › İş №e-2(038)-832/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-832/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-832/2024 05.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı ünvan 1ə göndərilmişdir. Lakin elektron məhkəmə informasiya sistemində AA******* seriyalı şəxsiyyət vəsiqəsinin məxsus olduğu Cavabdeh iddia ərizəsində göstərildiyi kimi Yardımlı rayonu, Ökü kəndində deyil, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM-nin) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunan prosessual hüquq normaların məzmunundan görünür ki, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd olunan hüquq nomalarının tələbi hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, elektron məhkəmə informasiya sistemində Cavabdeh qeydiyyatda olduğu ünvanı ünvan 2uğu ünvanın yerləşdiyi məhkəməyə verilməli olduğundan hazırki iş ərazi aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsində baxılmalı deyil, buna görə də iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia verilməsi üçün ödənilmiş 98 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia verilməsi üçün ödənilmiş (xx.xx.2024-cü il tarixli, çek nömrəsi 69536235, mədaxil qəbz nömrəsi **********, büdcə səviyyə kodu 1, VÖEN **********, xidmət istifadəçisi kodu 14221102, ödənişin təyinatı Transaksiya nömrəsi 69536235/xx.xx.2024 olan) 30 manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun geri qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar