Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1066/2025 19.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 915.54 manat borcun abonentin **********00830 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunu cavabdehdən alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, KOD 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN**********, İBAN: AZ72İBAZ******************** köçürülməsi tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi 17 mart 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış X2 Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin e-2(039)-1066/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında xx.xx.2025-ci il tarixdə baxılması qərara alınmışdır. İddiaçı İB-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiyini və məhkəmə iclasının iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarılmış çıxarışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. İddiaçı İB-nin Cavabdeh qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi əsasında hazırki mülki işin icraatı başlanmışdır. İşin məhkəmədə mahiyyəti üzrə baxılması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, yəni iddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman Cavabdeh artıq öldüyündən o, hazırki iş üzrə tərəf olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi xitam verdikdə xx.xx.2025-ci il tarixli ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-1066/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1066/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver