Məhkəmə qərarları › İş №e-2(039)-1075/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1075/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1075/2025 19.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələrə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələrə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələrə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizəçi "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar