Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1110/2025 28.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh X6 və X4 qarşı əmlak tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (039)-1110/2024 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh X6 və X4 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (039)-1110/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X3 585 əyyarlı qızıl dəst (boyunbağı, qolbağ, sırğa dəsti, üzük dəsti) 22 qram dəyəri 2200 manat, 585 əyyarlı halqa formalı brilyant qaşlı üzük 3.5 qram dəyəri 400 manat, 585 əyyarlı brilyant qaşlı qızıl nişan üzüyü 5 qram dəyəri 650 manat, 585 əyyarlı yarpaq formalı qızıl üzük 3.2 qram dəyəri 300 manat, 585 əyyarlı toxuma formalı qızıl üzük 2.5 qram dəyəri 250 manat, 585 əyyarlı qızıl qolbağı 1.6 qram dəyəri 150 manat, 585 əyyarlı qızıl qolbağ 2.7 qram dəyəri 270 manat və 583 əyyarlı qızıl dəst sırğa 2 qram dəyəri 200 manat olan qızıl zinət əşyalarının naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin qızıl-zinət əşyalarının ümumi dəyəri 4420 (dörd min dörd yüz iyirmi) manatın alınıb iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh X3 mediasiya üçün ödənilmiş 22 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 50 manat pulun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İş üzrə cavabdeh X7 apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (039)-1110/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayıb hesab edir ki, apellyasiya şikayəti qaytarılmalıdır. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişsə apellyasiya şikayəti qaytarılır. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-363, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh X6 və X4 qarşı əmlak tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (039)-1110/2024 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tam şəkildə cavabdeh X6 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-1110/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1110/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver