Məhkəmə qərarları › İş №e-2(039)-1145/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1145/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1145/2025 05.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə 05 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il müqaviləyə əsasən İmei kod **********29842 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, URBANİST, AUSTİN qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 715.44 ( yeddi yüz on beş manat, 44 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 71.54 (yetmiş bir manat, 54 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müaviləyə əsasən, İmei kod **********13165 XİAOMİ REDMİ12 markalı telefon, KİESLECTKR PRO LTD qol saatı, PAKET XL xidməti, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 693.9 (altı yüz doxsan üç manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 69.39 (altmış doqquz manat, 39 qəpik) manat cərimə ümumilikdə 1597.47 manat borc və 35.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********29842 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, URBANİST, AUSTİN qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İmei kod **********13165 XİAOMİ REDMİ12 markalı telefon, KİESLECTKR PRO LTD qol saatı, PAKET XL xidməti, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti almış və nəticədə 1597.47 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 715.44 manat manat (12 ay x 59.62 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********29842 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, URBANİST, AUSTİN qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün ümumilikdə, 813.58 manat olmaqla ondan, 715.44 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23.60 manat, güzəşt olunaraq 71.54 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 693.90 manat (18 ay x 38.55 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********13165 XİAOMİ REDMİ12 markalı telefon, KİESLECTKR PRO LTD qol saatı, PAKET XL xidməti, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün ümumilikdə, 786.89 manat olmaqla, ondan 693.90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23.6 manat rüsum, güzəşt olunaraq 69.39 manat cərimə miqdarında borc yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilmələri haqqında bildiriş göndərilsə də, Cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2024-cü il tarixli 05077875 müavilə əsasında İmei kod **********29842 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, URBANİST, AUSTİN qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti və xx.xx.2024-cü il tarixli 17603042 nömrəli müqavilə əsasında, İmei kod **********13165 XİAOMİ REDMİ12 markalı telefon, KİESLECTKR PRO LTD qol saatı, PAKET XL xidməti, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 715.44 manat ödənilməmiş hissə, 71.54 manat cərimə, ümumilikdə 810.58 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 693.90 manat ödənilməmiş hissə, İnnovativ Layihələ Mərkəzinə 23.6 rüsum, 69.39 manat cərimə, ümumilikdə 786.89 manat miqdarında borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 140.93 (71.54+69.39) manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 284- 6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 715.44 manat ödənilməmiş hissə, İnnovativ Layihələ Mərkəzinə 23.6 manat rüsum, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 693.90 manat ödənilməmiş hissə, İnnovativ Layihələ Mərkəzinə 23.6 manat rüsum, 7 manat cərimə, hər iki müqavilə üzə ümumi 1471.54 manat miqdarında borc və 35.98 manat dövlət rüsumu xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar