Məhkəmə qərarları › İş №e-2(039)-1169/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1169/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1169/2025 07.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********19607 XİAOMİ POCO M6 PRO, PAKET XXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, VİNİL ŞƏFFAF üçün, 1089 manat ödənilməmiş hissə, 108.90 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kod **********35647 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 592.70 manat ödənilməmiş hissə, 59.27 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********95166 BLACKVİEW A200 PRO, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 436.30 manat ödənilməmiş hissə, 43.63 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41553 OPPO A38 üçün 380 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********13919 OPPO A38, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmət üçün 298.50 manat ödənilməmiş hissə, 29.85 manat cərimə, cəmi 3076.15 (üç min yetmiş altı manat on beş qəpik) manat borcun və 50.77 (əlli manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1096.02 manat olan İmei kod **********19607 XİAOMİ POCO M6 PRO, PAKET XXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, VİNİL ŞƏFFAF almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 599.76 manat olan imei kod **********35647 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 473.34 manat olan İmei kod **********95166 BLACKVİEW A200 PRO, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 387 manat olan İmei kod **********41553 OPPO A38 almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüş və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 305.52 manat olan İmei kod **********13919 OPPO A38, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmət almış və aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1096.02 manat olan İmei kod **********19607 XİAOMİ POCO M6 PRO, PAKET XXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, VİNİL ŞƏFFAF almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 599.76 manat olan İmei kod **********35647 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 473.34 manat olan İmei kod **********95166 BLACKVİEW A200 PRO, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 387 manat olan İmei kod **********41553 OPPO A38 almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 305.52 manat olan İmei kod **********13919 OPPO A38, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmət almış və aldığı əşyaların dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 50.77 (əlli manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən hər beş müqavilə üzrə 279.65 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50.77 (əlli manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1089 manat əsas borc, 10 manat cərimə, 592.70 manat əsas borc, 5 manat cərimə, 436.30 manat əsas borc, 4 manat cərimə, 380 manat əsas borc, 3 manat cərimə, 298.50 manat əsas borc, 2 manat cərimə, cəmi 2820.50 (iki min səkkiz yüz iyirmi manat əlli qəpik) manat borc və 50.77 (əlli manat yetmiş yeddi qəpik) dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar