Məhkəmə qərarları › İş №e-2(039)-1284/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1284/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1284/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 01 iyun 2019-cu il tarixli 02/00024040 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2800 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2820 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ASC-nin hesabına tutulması haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) 01 iyun 2019-cu il tarixli 02/00024040 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2035 markalı taxılyığan kombaynı borclu Cavabdeh istifadəyə vermişdir. Borclu müqaviləyə əsasən 3500 manat ödəməli olduğu halda, 700 manat ödəniş etmiş və nəticədə 2800 manat borcu qalmışdır. Yevlax Rayon Məhkəməsi 25.05.2021-cü il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsi 07.07.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Məhkəmə iclasında iddiaçının X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 01.06.2019-cu il tarixli, 02/00024040 №-li "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən 2010-cu il buraxılışlı, 1 ədəd SR- 2035 silindrli taxılyığan kombaynı Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh 01.06.2019-cu il tarixli müqavilə üzrə borcu 2800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektini cavabdehin istifadəsinə vermiş, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq 3500 manat ödəniş etməli olduğu halda, 700 manat ödəniş etmiş və nəticədə 2800 manat borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASCnin xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2800 (iki min səkkiz yüz) manat məbləğində pul, habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun kəsirini təşkil edən 10 (on) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar