Məhkəmə qərarları › İş №e-2(039)-1397/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1397/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1397/2023 16.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Nevada-Qonaq - TV Stend, Modena- Divan üçün 651.2 manat ödənilməmiş hissə, 65.8 manat cərimə, xx.xx.2021-ci il, tarixli müqaviləsinə əsasən, İmei kod **********44323 X1 9 markalı telefon üçün 268.2 manat ödənilməmiş hissə, 26.8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********02143 X1 10S markalı telefon üçün 561.3 manat ödənilməmiş hissə, 56.7 manat cərimə, 36.30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Nevada-Qonaq - TV Stend, Modena-Divan, İmei kod **********44323 X1 9 markalı telefon, İmei kod **********02143 X1 10S markalı telefon üçün 1,630 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1,156.8 manat (24 ay x 48.2 manat + 0 manat ilkin ödəniş) Nevada-Qonaq - TV Stend, Modena- Divan üçün ümumilikdə 717 manat olmaqla ondan, 651.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.8 manat cərimə. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 292.8 manat (12 ay x 24.4 manat + 0 manat ilkin ödəniş) İmei kod **********44323 X1 9 markalı telefon üçün ümumilikdə 295 manat olmaqla ondan, 268.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 672 manat (12 ay x 51 manat + 60 manat ilkin ödəniş) İmei kod **********02143 X1 10S markalı telefon üçün ümumilikdə, 618 manat olmaqla ondan, 561.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.7 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 640.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsasən etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Nevada-Qonaq - TV Stend, Modena-Divan, X1 9 markalı telefon, X1 10S markalı telefon almışdır. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 651.2 manat ödənilməmiş hissə, 65.8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 268.2 manat ödənilməmiş hissə, 26.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 561.3 manat ödənilməmiş hissə, 56.7 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, cavabdeh, müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən borc yaranmışdır. Bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən məbləğin düzgün hesablanmadığına, cərimənin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23079192 saylı müqavilə üzrə 651.2 manat ödənilməmiş hissə, 65.8 manat cərimə, xx.xx.2021-ci il tarixli 23079169 saylı müqavilə üzrə 268.2 manat ödənilməmiş hissə, 26.8 manat cərimə; xx.xx.2021-ci il tarixli 23134916 saylı müqavilə üzrə 561.3 manat ödənilməmiş hissə, 56.7 manat cərimə, habelə 36.3 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,666 (bir min altı yüz altmış altı) manat 30 (otuz ) qəpik İddiaçı MMC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar