Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1412/2024 04.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanmış VİP 18279 saylı nisyə alıq-satqı müqaviləsi üzrə ödənilməmiş 114.17 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 29 ABŞ dolları cərimə, cəmi 143.17 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pulun müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC ilə arasında xx.xx.2021-ci il tarixli, VİP 18279 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdeh satış qiyməti 443 ABŞ dolları olan (ümumi məbləğ 443 ABŞ dolları) “Xiomi poco x3 6-128gb blue” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2021-ci il tarixdə 12 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 12 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 12 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 12 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 8.81 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 11.74 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 17.62 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 46.98 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 23.49 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 11.74 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 11.74 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 5.87 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 11.74 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə 14.68 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 114.17 ABŞ dolları məbləğində borcunu hiss-hissə 18 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununlada onun hal-hazırki vaxt ödənilməmiş 114.17 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC-nin direktoru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2021-ci il tarixli, VİP 18279 №li (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 443 ABŞ dolları dəyərində malların alğı-satqısı barədə razılıq əldə olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, VİP 18279 №-li bağlanmış nisyə alıq-satıq müqavilə üzrə ödənilməmiş 114.17 ABŞ dolları əsas, 29 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 143.17 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və müqavilələrdə nəzərdə tutulmuş malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Müqavilə üzrə cəmi 143.17 ABŞ dolları əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 114.17 ABŞ dolları əsas, 29 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 143.17 ABŞ dolları pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 114.17 ABŞ dolları əsas, 29 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 143.17 ABŞ dolları borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla, habelə iş üzrə ödənilmiş və 32 manat dövlət rüsumu İddiaçın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1412/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1412/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver