Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1412/2025 05.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə 05 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 898.98 (səkkiz yüz doxsan səkkiz manat, 98 qəpik) manat ödənilməmiş hissə, 89.90 (səksən doqquz manat, 90 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3İL xidməti üçün, 1041 (bir min qırx bir) manat ödənilməmiş hissə, 104.1 (bir yüz dörd manat, 10 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən LG TV, PALTARYUYAN SAMSUNG, 2 ədəd QİZİL ZƏMANƏT, ULTRA 3İL xidməti üçün, 3033 (üç min otuz üç) manat ödənilməmiş hissə, 303.3 (üç yüz otuz üç manat, 30 qəpik) manat cərimə ümumilikdə 5470.28 (beş min dörd yüz yetmiş manat, 28 qəpik) manat borc və 74.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3İL xidməti və LG TV, PALTARYUYAN SAMSUNG, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3İL xidməti almış və nəticədə 5470.28 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1168.98 manat (yəni 6 ay x 149.83 manat + 270 manat ilkin ödəniş) olan PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün ümumilikdə, 988.88 manat olmaqla ondan, 898.98 manat ödənilməmiş hissə, güzəşt olunaraq 89.90 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1341 manat (yəni 12 ay x 86.75 manat + 300 manat ilkin ödəniş) olan PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3İL xidməti üçün ümumilikdə 1145.10 manat olmaqla, ondan 1041 manat ödənilməmiş hissə, 104.1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3273 manat (yəni 6 ay x 505.5 manat + 240 manat ilkin ödəniş) olan LG TV, PALTARYUYAN SAMSUNG, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3İL xidməti üçün ümumilikdə 3336.30 manat olmaqla, ondan 3033 manat ödənilməmiş hissə, 303.30 manat cərimə borcu yaranmışdır. İddiaçı "xxxx" MMC məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini, məhkəmə iclasında iştirakları olmadan baxılmasına etiraz etmədiklərini, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsi üçün bildiriş göndərilmiş, lakin yaşadığı ünvanda olmadığı üçün bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Yevlax Şəhər Şəhər İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 18 iyun 2025-ci il tarixli, 5-9-5/2- 12/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh hal-hazırda göstərilən ünvanda yaşamadığına görə məhkəmə bildirişi barədə məlumatı vətəndaşa çatdıra bilmədiklərini qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə əsasında PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə əsasında PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 3İL xidməti və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə əsasında LG TV, PALTARYUYAN SAMSUNG, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3İL xidməti almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 898.98 manat ödənilməmiş hissə, 89.90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1041 manat ödənilməmiş hissə, 104.1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3033 manat ödənilməmiş hissə, 303.30 manat cərimə borcu, ümumilikdə 5470.28 manat miqdarında borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 89,90 + 104,1 + 303,30 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 898.98 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1041 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3033 manat ödənilməmiş hissə, 30 manat cərimə ümumilikdə 5020.98 manat miqdarında borc və 74.71 manat dövlət rüsumu xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-1412/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1412/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver