Məhkəmə qərarları › İş №e-2(039)-1438/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1438/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1438/2024 03.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kod **********13436 İphone 14 Pro Max markalı telefon, Case, Vinli Şəffaf, Vilin Mat, Appel Adapter üçün 4967.46 manat ödənilməmiş hissə, 660.54 manat cərimə ümumilikdə 5628 manat borc və 76.28 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İmei kod **********13436 İphone 14 Pro Max markalı telefon, Case, Vinli Şəffaf, Vilin Mat, Appel Adapter almış və nəticədə 5628 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 5157.46 manat olan İmei kod **********13436 İphone 14 Pro Max markalı telefon, Case, Vinli Şəffaf, Vilin Mat, Appel Adapter 18 ay müddətinə, ilkin ödəniş 190 manat, aylıq ödəniş 275.97 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Bu müqavilə üzrə cavabdehin 4967.46 manat ödənilməmiş hissə və 660.54 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 190 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin dəbbə pulu həddən artıq göstərdiyi üçün onun silinməsinə köməklik göstərilməsini xahiş etmişdir.(bu barədə müvafiq ərizə təqdim etmişdir). Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 04025013 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İmei kod **********13436 İphone 14 Pro Max markalı telefon, Case, Vinli Şəffaf, Vilin Mat, Appel Adapter satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 5157.46 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin qiyməti 5157.46 manat olan iddiaçıdan həmin mallar üçün üzrə 4967.46 manat ödənilməmiş hissə, 660,54 manat cərimə ümumilikdə 5628 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və müqavilələrdə nəzərdə tutulmuş malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Müqavilə üzrə cəmi 691 manat əsas borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 660.54 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 260.54 manat müəyyən edilməlidir. Qeyd olunananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 4967.46 manat əsas borc və 260,54 manat cərimə borcu olmaqla, ümumilikdə 5228 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 72.88 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabde Cavabdeh 4967.46 manat əsas borc və 260,54 manat cərimə borcu olmaqla, ümumilikdə 5228 (beş min iki yüz iyirmi səkkiz) manat borcu və 72 (yetmiş iki) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar