Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1456/2023 01.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********11661 Xiaomi Redmi 9 markalı telefon üçün 323.8 manat ödənilməmiş hissə, 32.2 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********11661 Xiaomi Redmi 9 markalı telefon almış və nəticədə 356 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 471.6 manat (12 ay x 39.3 manat + 0 manat ilkin ödəniş) olan telefon üçün ümumilikdə 356 manat olmaqla, ondan, 323.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 147.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflərin izahatları: İddiаçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə 28 iyul 2023-cü il tarixdə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: xx.xx.2021-ci il tarixli 22237409 saylı müqavilədən müəyyən olunur ki, Cavabdehla "xxxx" MMC arasında bağlanmış müqavilənin şərtlərinə əsasən borclu İmei kodu **********11661 Xiaomi Redmi 9 markalı telefon almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 323.8 manat ödənilməmiş hissə var, 32.2 manat dəbbə pulu hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 22237409 saylı müqavilə üzrə 323.8 manat ödənilməmiş hissə, 32.2 manat cərimə pulu, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 386 (üç yüz səksən atı) manat Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1456/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1456/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver