Məhkəmə qərarları › İş №e-2(039)-1586/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1586/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1586/2022 18.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən müqavilə üzrə 1,718 manat qalıq borcu və 264.92 manat cərimə olmaqla, cəmi 1,982.92 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39.82 manat dövlət rüsumunun ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh 23 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bu, elektron məhkəmə sistemində şəxsin fərdi məlumatlar qrafasında öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllə: Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh öldükdən sonra məhkəməyə təqdim edildiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar