Məhkəmə qərarları › İş №e-2(039)-167/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-167/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-167/2025 13.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Kompleksi” MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alıcı qismində (iddiaçı) “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X3 və Tədarük Məntəqəsi” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 481 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdehə iddiaçı tərəfindən ümumilikdə 17699 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərni xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 12960.14 manat dəyərində xam pambıq verməkdə ödəmişdir. Beləliklə, cavabdeh 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 481 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans məbləğində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı 4738.86 manat borcu qalmışdır. Bundan əlavə müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 696.75 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət edilciyi bildirilmişdir. Buna baxmayaraq, məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbini hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 385.1, 442, 448.1-ci maddələrinə istinad edərək, cavabdehdən 4738.86 manat əsas borc, 947.77 manat faiz borcu, 76.87 manat dövlət rüsumu, cəmi 5763.50 manat pulun alınaraq “X1 Kompleksi” MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1 Kompleksi” MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh Sayad qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iє materiallargng araєdgrgb və sğbutlarg tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X3 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış Xam-pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 481 saylı mğqavilədən gürğnğr ki, fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 15 ha torpaq sahəsində pambıq əkib alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X1 Kompleksi” MMC-nin X2 və EMalı Zavodu və Cavabdeh arasında bağlanmış xam pambığın istehsalı və tədarükünə dair xx.xx.2022-ci il tarixli, 481 saylı müqaviləyə əsasən 17699 manatavans borcu yaranmışdır. Yaranmış avans borcdan 12960.14 manat dəyərində xam pambıq verməklə ödənilmişdir. Nəticədə Cavabdeh Cəmiyyətə 4738.86 manat borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X3 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 481 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdehə iddiaçı tərəfindən ümumilikdə 17699 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərni xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 12960.14 manat dəyərində xam pambıq verməkdə ödəmişdir. Cavabdeh 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 481 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans məbləğində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı cəmiyyətə 4738.86 manat borcu qalmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, yaranmış borc cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, ühdəliyə əsasən bir єəxs (borclu) baєqa єəxsin (kreditorun) xeyrinə mğəyyən hərəkətlər etməlidir, məsələn pul üdəməli, əmlak verməli, iє gürməli, xidmətlər güstərməli və i.a. və ya mğəyyən hərəkətlərdən zəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasgng tələb etmək hğququ vardgr. Həmin Məcəllənin 442-ci maddəsinə gürə, ühdəliyin icra edilməməsi dedikdə onun pozulmasg və ya lazgmgnca icra edilməməsi (vaxtgnda icra edilməməsi, mallarda, iєlərdə və xidmətlərdə qğsurlarla və ya ühdəliyin məzmunu ilə mğəyyənləєdirilmiє digər єərtləri pozmaqla icra edilməsi) baєa dğєğlğr. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə gürə ühdəliyin onun icrasg ğzğn mğəyyənləєdirilmiє mğddətdə icra edilməməsi borclunun icrang gecikdirməsi sayglgr. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və mğqavilə ilə ayrg qayda mğəyyənləєdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan ühdəliklərin icra edilmədiyi bğtğn hallar ğzğn cavabdehdir. Borclu üz ühdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ğzğn məsuliyyət daögygr. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 100 (bir yüz) manat cəriməni yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh 4738.86 manat əsas borc, 100 (bir yüz) manat cərimə, cəmi 4838.86 (dörd min səkkiz yüz otuz səkkiz manat səksən altı qəpik) manat borcun alınıb iddiaçı cəmiyyətə ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4738.86 manat əsas borc, 100 manat cərimə, cəmi 4838.86 (dörd min səkkiz yüz otuz səkkiz manat səksən altı qəpik) manat borc və 76.87 (yetmiş altı manat səksən yeddi qəpik) manat dövlət rüsumu alınıb “X1 Kompleksi” MMC-yə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar