Məhkəmə qərarları › İş №e-2(039)-1755/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1755/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1755/2022 18.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi R.Əlizadə, İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yevlax şəhəri, N.Tusi küçəsi 14-də qeydiyyatda olan və hazırda Şəki rayonu, Turan qəsəbəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 817.25 manat, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 847.65 manat borcunun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN ********** S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ**********41********) barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçının tələbinin tələbetmə hüququ barədə mübahisə dedikdə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də iddiaçının tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinə əlavə olunmuş sübutlar cavabdehə qarşı olan tələbin tam əsaslı olduğunu təsdiq etmədiyi və ya qismən təsdiq etdiyi hallarda iddiaçının tələbi aşkar hesab olunmamalıdır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçının borcunun yaranmasının təsdiq edən sənəd əlavə olunmamışdır. Hesab edirəm ki, cavabdehdən borcun tutulması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim olunmaması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar