Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1803/2023 03.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiаçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2,262.4 AZN əsas, 678.7 AZN cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2,262.4 AZN əsas, 678.7 AZN cərimə, habelə 78.82 AZN ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilənin məbləği 4,083.70 AZN Müqavilənin aylıq ödənişi, müddəti 227.00 AZN, 18 ay, Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar) “Apple” markalı notebook Son ödəniş məbləği və tarixi 230.00 AZN 3/30/2023, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği 2,262.40 AZN, Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 6,787.00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 % Cavabdeh tərəfindən ödənilməli cərimə 678.70 AZN Tutulmalı olan cəmi məbləğ 2,941.10 AZN 2-ci Müqavilənin nömrəsi və tarixi xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilənin məbləği 4,083.70 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 227.00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): “Apple” markalı notebook Son ödəniş məbləği və tarixi: 230.00 AZN 3/30/2023. Müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 2,262.40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 6,787.00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 678.70 AZN Tutulmalı olan cəmi məbləğ: 2941.10 AZN ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: İddiаçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən müqavilələrdə qeyd edilən şərtlərlə iki ədəd “Apple” markalı notebook nisyə almışdır. Lakin, işləmədiyindən, hər hansı başqa gəliri olmadığından, maddi çətinlikləri olduğundan borcu ödəyə bilməmişdir. Həmin borcu yaxın zamanlarda ödəməyə başlayacaqdır. Lakin, iddiaçı tərəfindən yüksək məbləğdə cərimə hesablanmışdır. İddianın qismən, yalnız əsas borc hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Sübutlar: Təqdim olunan xx.xx.2022-ci il tarixli ********* və ********* saylı nisyə alğı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, cavabdehə 4083.70 manat dəyərində “Apple” markalı noutbuk nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir Həmin məbləği Cavabdeh ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 2,262.4 AZN əsas borc var, 678.7 AZN cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 2,262.4 AZN əsas borc var, 678.7 AZN cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ********* və ********* saylı nisyə alğı-satqı müqavilələrinə əsasən, cavabdehə 2 ədəd “Apple” markalı notebook nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilələr üzrə öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş və borc yaranmışdır. Əsas borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə tələb əsaslıdır. Lakin, məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla hər müqavilə üzrə 68 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən yaranmış əsas borc, müəyyən edilmiş məbləğdə cərimə və təmin edilən məbləğə mütənasib dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2,262.4 manat əsas borc, 68 manat cərimə, xx.xx.2022ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2,262.4 manat əsas borc, 68 manat cərimə, habelə 66.61 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 4,727 (dörd min yeddi yüz iyirmi yeddi) manat 41 (qırx bir) qəpik Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1803/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1803/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver