Məhkəmə qərarları › İş №e-2(039)-1820/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1820/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1820/2023 05.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən ECK5733376 nömrəli, 24 may 2019-cu il tarixli müqavilə üzrə 106 manat əsas, 34 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, 24 may 2019-cu il tarixdə Cavabdeh ilə aralarında ECK5733376 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 1,649 manat dəyəri olan 1 ədəd “Beko” markalı kondisioner Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 59 manat ilkin ödəniş olmaqla, qalan 1,590 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 106 manat olmaqla, hər ayin 23-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 106 manat əsas, 34 manat dəbbə pulu olmaqla, 140 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5733376 nömrəli, 24 may 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 106 manat ödəniş edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə ərizə göndərərək səhhətində olar problemlərlə əlaqədar olaraq məhkəmə hazırlıq və baxış iclaslarında iştirakı mümkün olmayacaq, iddia ərizəsini müdafiə edərək bütün məhkəmə hazırlıq və baxış iclaslarının iştirakı olmadan keçirilməsinə və Cavabdeh cəmi 170 manat pulun tutulmasını haqqında yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İddiaçıla Cavabdeh arasında bağlanmış 24 may 2019-cu il tarixli ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surəti ilə müəyyən olunur ki, sonuncuya, dəyəri 1,649 manat olan 1 ədəd AC BEKO BAH 180/AC, BEKO BAH 181, AC PİPE MİD- 180 və Qazan LACOR 28S Nova Ladycor iri (88128) məhsul cavabdehə təhvil verilmişdir Həmin məbləği İddiaçı ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə 31 may 2023-cü il tarixə 106 manat əsas borcu var, 34 manat dəbbə hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, iddiaçı 1,649 manat dəyəri olan 1 ədəd “Beko” markalı kondisioneri cavabdehə nisyə satmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və bunun nəticəsində borc yaranmıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 106 manat əsas, 34 manat dəbbə pulu, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 170 (bir yüz yetmiş) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar