Məhkəmə qərarları › İş №e-2(039)-1830/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1830/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1830/2024 18.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) X1 (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2055.61 manat ödənilməmiş hissə, 205.39 manat cərimə ümumilikdə 2261 manat borcu və 42.61 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin e-2(039)-1830/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında xx.xx.2024-cü il tarixdə baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlət Departamtinin Rəhbəri Nümayəndə Yevlax Rayon Məhkəməsinə ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan baxılmasına etirazı yoxdur, iddianı müdafiə edir və qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 198067 №li ölüm haqqında şəhadətnaməsindən müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddia ərizəsi əsasında hazırki mülki işin icraatı başlanmışdır. İşin məhkəmədə mahiyyəti üzrə baxılması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə, yəni iddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman Cavabdeh artıq öldüyündən o, hazırki iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığı üçün tərəf kimi sıradan çıxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi xitam verdikdə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 42.61 dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 42.61 dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar