Məhkəmə qərarları › İş №e-2(039)-1999/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1999/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1999/2022 16.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçı ASC-nin xeyrinə 4575.95 manat məbləğində sığorta ödənişinin əvəzi 67.77 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 istifadəsində olan, Cavabdeh2 tərəfindən idarə olunan ** PG *** dövlət qeydiyyat nişanlı Ravon Nexia R3 SX markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Sığortalı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə ** LN *** dövlət qeydiyyat nişanlı “Changan” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı UAZ 39099 markalı avtonəqliyyat vasitələrinə, həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin balansında olan tunelə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Tərtib olunmuş zərər aktlarına əsasən ümumilikdə 4576.95 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 4576.95 manat sığorta ödənişinin zərərlərin qarşılanması üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdeh(lər)ə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh(lər) tələb olunan məbləği ödəməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AD seriyalı 745188 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3 SX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. AC seriyalı 940790 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Changan” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. “İcbari sığorta müqaviləsinə” dair məlumatdan görünür ki, “Ravon Nexia R3 SX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Ravon Nexia R3 SX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2020-ci ilin mart ayından etibarnamə əsasında Cavabdeh2 (sürücülük vəsiqəsi AF № 404483) idarə etmişdir. xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASCdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Ravon Nexia R3 SX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Moskva prospektində baş verən hadisəsi zamanı avtomobil ilə toqquşması nəticəsində ** JP *** dövlət qeydiyyat nişanlı UAZ 39099 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan “Azərbaycan Elmi-Tədqiqat və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə "xxxx" ASC tərəfindən dəymiş maddi zərərə 700 manat sığorta ödənişi edilmişdir. xx.xx.2020-ci il tarixli plastik kartların təhvil-təslim aktından görünür ki, xx.xx.2020 il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərər məruz qalmış “Changan” markalı, **- LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC tərəfindən 2565 manat sığorta ödənişinin alınması üçün plastik kart faydalanan şəxsə X4 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASCdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Ravon Nexia R3 SX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Moskva prospektində baş verən hadisəsi zamanı avtomobil ilə toqquşması nəticəsində avtomobil tunelinə dəymiş ziyana görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə "xxxx" ASC tərəfindən 1311,95 manat manat sığorta ödənişi edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vastəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Changan” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin meterial və ehtiyat hissələrinin dəyəri 1625 manat və görüləcək işlərin dəyəri 940 manat olmaqla cəmi 2565 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Dövlət X6 TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 65.77 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmış avtomobilini, etibarnamə ilə digər cavabdeh Elvin Abdullayevin idarə etmək üçün vermiş və sonuncu yol nəqliyyat hadisəsi törətmişdir. Sığorta hadisəsi zamanı zərərçəkən şəxslərə vurulmuş 4576.95 manat məbləğində ziyan iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Mülki Məcəllə: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülkhüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İnzibati Xətalar Məcəlləsi: Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 4576.95 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 istifadəsində olan, Cavabdeh2 tərəfindən idarə olunan ** PG *** dövlət qeydiyyat nişanlı Ravon Nexia R3 SX markalı avtonəqliyyat vasitəsi sözügedən yol-nəqliyyat hadisəsi törədilərkən Cavabdeh2 tam qanuni əsaslarla idarəetməsində olduğundan iddia Cavabdeh1 münasibətdə əsassızdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4576.95 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65.77 manat, 0,40 manat bank xidməti xərcinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 4576.95 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65.77 manat, 0,40 manat bank xidməti xərcinin Cavabdeh2 alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar