Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2086/2025 29.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 9795.58 manat məbləğində borcun və 117.96 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-078 saylı alqı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndi ərazisində 9,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 23969,74 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 384,00 manat məbləğində çöp doğrama, 1581,00 manat məbləğində şum, 276,00 manat məbləğində rotassion mala, 255,00 manat məbləğində mala çəkmə, 230,00 manat məbləğində kanal çəkmə, 168,00 manat məbləğində çiyid səpini, 1032,00 manat məbləğində kultivasiya, 493,00 manat məbləğində kultivasiya gübrə, 90,00 manat məbləğində rotasion kultivasiya, 240,00 manat məbləğində boroza, 1248,00 manat məbləğində dərman səpini, 3150,00 manat məbləğində pambığın maşınla yığımı, 240,00 manat məbləğində tirə vurma, 3420,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 5607,68 manat məbləğində gübrə və dərman, 1039,36 manat məbləğində toxumluq çiyid, ötən illərdən ödənilməmiş 4515,70 manat borc nəzərə alınmaqla, ümumikdə, 23969,74 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 16962,20 kq, 13395,16 manat məbləğində xam-pambıq təhvil vermiş, borcdan 779,00 manat məbləğində ödəmə nəzərə alınmaqla, 9795,58 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi cavabdehə borcun ödənilməsi ilə bağlı pretenzia göndərilməsinə baxmayaraq, borcun ödənilməsindən üzürsüz səbəblərdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı cavbdehin ***-***-**-** nömrəli mobil nömrəsinə zəng etdikdən sonra övladı Cavabdeh bildirmişdir ki, atası X14 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və ondan miras qalan əmlakı qəbul etməklə vərəsi olduğunu və yaranmış borc öhdəliyini ödəyəcəyinə söz vermişdir. Lakin Cavabdeh X5 vərəsəsi olaraq borc öhdəliyini ödəməkdən yayınmışdır. Bununla bağlı Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri portalına X5 barəsində vərəsəlik işinin açılıb-açılmaması barədə elektron sorğu ilə müraciət etmiş və müəyyən edilmişdir ki, X10 xx.xx.2023-cü ildə vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Bərdə regional “Asan xidmət” mərkəzində notariat işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini səksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına münasibsurətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsəlik institutu ilə bağlı məhkəmə təcrübəsinin müəyyənləşdirilməsi ilə bağlı hüquqi mövqelərində mirasın formal və ya qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu hal onu müəyyən edir ki, miras qoyanın kreditorları mənafələrinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə də qarşı irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbul faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirasın qəbul etməməsini ifadə etmir. Həmçinin qeyd etmək lazımdırki, işə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X3 mülkiyyətində 19,52 ha Torpağa Mülkiyyət Hüququna dair JN-0754,Kod 90108018 nömrəli torpaq sahəsi vardır. Həmin torpaq sahəsi hal-hazır da vərəsələri tərəfindən qəbul edilməklə, faktiki istifadə edilir. Bununla bağlı borc öhdəliyi Cavabdeh qarşı yönəlməklə, 9795,58 manat məbləğin də borc vəsaitinin onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı MMC-nin vəsatəti əsasında Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X15 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh və X15 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “xam-pambığın alqı-satqısına dair” xx.xx.2021-ci il tarixli, 18/21- 078 saylı müqavilədən görünür ki, hazırkı müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı” ya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 9 (doqquz) hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcıya" təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. “Alıcı” nəmliyi, zibilliyi və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xampambığı “Satıcı”dan İ növ – 700 azn-ton, İİ növ – 680 azn-ton, İİİ növ – 640 azn-ton, İV növ – 600 azn-ton qiymətə qəbul edir. İşdə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, Yevlax rayonu Malbinəsi kənd sakini X11 ilə "xxxx" MMC-nin Yevlax filialı arasında 27 adda aqrotexniki işlərin hər hektarı üçün xidmətin dəyəri razılaşdırılmışdır. İşdə olan iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, yekun olaraq fermer X5 "xxxx" MMC-yə 4515.70 (dörd min beş yüz on beş manat, yetmiş qəpik) manat borcu qalması nəticə təsdiq edilmişdir. İşdə olan ödəniş tapşırıqlarından görünür ki, 2020-ci ildə "xxxx" MMC tərəfindən X5 hesabına 3420 (üç min dörd yüz iyirmi) manat pul ödənilmişdir. İşdə olan iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Yevlax rayonu Malbinəsi kənd sakini X11 ilə "xxxx" MMC-nin Yevlax filialı arasında bağlanmış 18/21-78 nömrəli müqavilənin icrası ilə bağlı xx.xx.2023-cü il tarixinə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və fermerə aqrotexniki xidmətlərə görə 9387 (doqquz min üç yüz səksən yeddi) manat, ödənilmiş avans 3420 (üç min dörd yüz iyirmi) manat (arat pulu 250 manat, alaq təmizləmə və suvarma pulu 3170 manat), verilmiş dərman, gübrə, azot və pestisitlər görə 5607.68 (beş min altı yüz yeddi manat, altmış səkkiz qəpik) manat, əkin üçün verilmiş toxumluq çiyidə görə 1039.36 (bir min otuz doqquz manat, otuz altı qəpik) manat və fermerin ötən illərdən qalıq borcu 4515.70 (dörd min beş yüz on beş manat, yetmiş qəpik) manat olmaqla fermerə yekun xərc 23969.74 (iyirmi üç min doqquz yüz altmış doqquz manat, yetmiş dörd qəpik) manat xərclənməsi, fermer tərəfindən xam pambıq kondisiya çəkisinin cəmi dəyəri 13395.16 (on üç min üç yüz doxsan beş manat on altı qəpik) manat, fermer tərəfindən qaytarılan borc 779 (yeddi yüz yetmiş doqquz) manat olmaqla fermerdən xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya məbləği 14174.16 (on dörd min bir yüz yetmiş dörd manat on altıqəpik) manat olması və yekun olaraq fermer X5 "xxxx" MMC-yə 9795.58 (doqquz min yeddi yüz doxsan beş manat, əlli səkkiz qəpik) manat borcu qalması nəticə təsdiq edilmişdir. İşdə olan Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X12 19 dekabr 2023-cü il tarixdə vəfat etmiş atası X5 vəfatından sonra irs qalmış əmlakın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674 və 1292-ci maddələrinin müvafiq bəndlərinə uyğun olaran bütün əsaslar üzrə ona çatası hissəsinin üzərində sərəncam verməklə digər vərəsəyə bağışlamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, «Elektron notariat» informasiya sistemindəki araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mərhum Ə.Yusifov barəsində xx.xx.2024-cü il tarixində Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Sözügedən vərəsəlik işi üzrə X13 xx.xx.2024-cü və xx.xx.2025-ci illərdə həmin notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən yaranmış borcun ödənilməsi Cavabdeh tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC-nin Yevlax filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-078 saylı xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən X1 rayonu, Malbinəsi kəndində yerləşən 9 (doqquz) hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar X7 İddiaçı MMC-dən 23969,74 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. xx.xx.2023-cü il tarixdə tərəflər atarında qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış, yekun olaraq fermer X5 "xxxx" MMC-yə 9795.58 (doqquz min yeddi yüz doxsan beş manat, əlli səkkiz qəpik) manat borcu qalması təsdiq edilmiş və bu barədə iş və xidmətlərin yerinə yetirilməsi barədə akt tərtib edilmişdir. X10 xx.xx.2023-cü ildə vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Bərdə regional “Asan xidmət” mərkəzində notariat işi açılmışdır. Cavabdehlər Cavabdeh və X2 Ələddin Ərşad oğlundan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmışlar. İddiaçı MMC tərəfindən tələb edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əssən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçıya olan 9795.58 (doqquz min yeddi yüz doxsan beş manat, əlli səkkiz qəpik) manat borc ödənilməmiş qalmışdır. Buna görə də yaranmış borc cavabdehlərdən alınaraq iddiaçı cəmiyyətə xeyrinə ödənilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X6 9795.58 (doqquz min yeddi yüz doxsan beş manat əlli səkkiz qəpik) manat borc və 117.96 (bir yüz on yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-2086/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2086/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver