Məhkəmə qərarları › İş №e-2(039)-2323/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2323/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2323/2023 25.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair işə 25 sentyabr 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 mart-2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********28004 TCL 20B markalı telefon, İmei kodu **********28004 TCl 20B markalı telefon üçün 296,03 manat ödənilməmiş hissə, 29,97 manat cərimə, ümumilikdə 326 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 06 mart 2022-ci il tarixli müqavilə əsasında Verdiyev X1 **********28004 TCL20B markalı telefon, İmei kodu **********28004 TCL 20 B markalı telefon almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin "xxxx" MMC-nə 06 mart 2022-ci il tarixli müqavilə üzrə 296,03 manat ödənilməmiş hissə, 29,97 manat cərimə, ümumilikdə 326 manat borcu qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilmələri haqqında bildiriş göndərilsə də, Cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2022-ci il tarixli müqavilə əsasında Verdiyev X1 **********28004 TCL 20 B markalı telefon, İmei kodu **********28004 TCL20B markalı telefon verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh 06 mart2022-ci il tarixli müqavilə üzrə 296,03 manat ödənilməmiş hissə, 29,97 manat cərimə, ümumilikdə 326 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 29,97 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 136-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 360, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 mart 2022-ci il tarixli müqavilə üzrə 296,03 manat ödənilməmiş hissə, 2 manat cərimə, ümumilikdə 298,03 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 27 i yul 1996-cı il tarixdə Yevlax rayonu Salahlı kəndində anadan olmuş, Yevlax rayonu Salahlı kəndində yaşayan Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (028556) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02855) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 23 yanvar 2023-cü il İş № e-2(039)-412/2023 "xxxx" MMC-yə Baki şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A Surəti: Cavabdeh Yevlax şəhəri, H.Aslanov küçəsi 40 Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e-2(039)-412/2023 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Ruslan Əlizadə 2. №/_____/R E Y E S T R № e-2(039)-412/2023 S/sayı Kimə Hara Qeyd Baki şəhəri, Yasamal rayonu, 1 "xxxx" MMC Xəbərnaməli Moskva prospekti 73 A Yevlax şəhəri, H.Aslanov 2 Cavabdeh Xəbərnaməli küçəsi 40 2. №/_____/R E Y E S T R № e-2(039)-412/2023 S/sayı Kimə Hara Qeyd Baki şəhəri, Yasamal rayonu, 1 "xxxx" MMC Xəbərnaməli Moskva prospekti 73 A Yevlax şəhəri, H.Aslanov 2 Cavabdeh Xəbərnaməli küçəsi 40 İş № e-2(039)-412/2023 İCRAVƏRƏQƏSİ 23 yanvar 2023-cü il Yevlax Rayon Məhkəməsi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq qət etdi: İddia qismən təmin edilsin. 06 mart2022-ci il tarixli müqavilə üzrə 84.5 manat ödənilməmiş hissə, 2 manat cərimə, ümumilikdə 86.5 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 05 oktyabr 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Aslanov küçəsi 40-da yaşayan Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə 24 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: Cavabdeh - ünvan 1 ünvanı, bankdakı hesablaşma hesabının N:-si: "xxxx" MMC – Baki şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A İcra vərəqəsi 23 yanvar 2023-cü il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (028556) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02855) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 23 yanvar 2023-cü il İş № e-2(039)-412/2023 Yevlax rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Rəşad Əliyevə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair e- 2(039)-412/2023 saylı mülki iş üzrə məhkəmənin 23 yanvar 2023-cü il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: Qətnamənin surəti, icra vərəqəsi. Məhkəmənin hakimi: Ruslan Əlizadə. İş № e-2(039)-412/2023 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Yevlax Rayon Məhkəməsi 23 yanvar 2023-cü il Yevlax Rayonu Hakim Əlizadə Ruslan Əliyar oğlu sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hakim məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət 11.10-da başladı. Hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq qətnamə qəbul etdi. Prosessual hərəkət saat 11.20-də qurtardı. Protokol 23 yanvar 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar