Məhkəmə qərarları › İş №e-2(039)-2350/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2350/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2350/2022 26.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Acıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 780 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 08:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh məxsus mal-qara X2 məxsus “Chevrolet Cruze" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. X2 məxsus “Chevrolet Cruze” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər CSP100141314 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Chevrolet Cruze” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixli təmir smetasına əsasən, 780 (yeddi yüz səksən) manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 780 manat dəymiş zərərin məbləği olaraq, zərərçəkmis səxs X2 məxsus olan bank hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə YPX 8-ci taqımın xx.xx.2020-ci il tarixli, 195-26838-1220 saylı arayışından və xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Yusibov X1 Xətalar Məcəlləsinin 338.5.1-ci (mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi. X2 məxsus “Chevrolet Cruze” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh təqsiri ucbatından maddi ziyan dəymişdir. “Chevrolet Cruze” markalı, 66-CC-G30 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyindən cavabdehə qarsı iddiaçının subroqasiya tələbi yaranmışdır Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsasən etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: "xxxx" ASC ilə X3 arasında bağlanmış “Chevrolet Cruze” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər CSP100141314 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və tam sığorta təminatı almışdır. Sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 08:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 265-ci km-də Yevlax Azərbaycan Sığortalanmış “Chevrolet Cruze” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobil iribuynuzlu heyvanı vurmuşdur. YPX-in xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5-ci (malqaranın yolda nəzarətsiz qoyulmasına) maddəsi ilə təqsirli bilinmişdir. Təmir smetasından müəyyən olunur ki, “Chevrolet Cruze” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 780 manat məbləğində ziyan vurulmuşdur. Cari hesabdan çıxarışdan müəyyən olunur ki, 780 manat "xxxx" ASC tərəfindən zərər çəkənə ödənilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, X3, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Chevrolet Cruze” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda Cavabdeh məxsus mal-qaranı vurmuş, nəticədə avtomobilə maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər ödənilmişdir. Tələb edilən məbləğin düzgün hesablanmadığına dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, vurulmuş zərər, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 780 manat maddi zərər, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 810 (səkkiz yüz on) manat iddiaçı "xxxx" ASC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar